Azər­bay­can xal­qı­nın tə­fək­kü­rün­də Və­tən an­la­yı­şı

27.08.2018 10:58
720
 Azər­bay­can xal­qı­nın tə­fək­kü­rün­də Və­tən an­la­yı­şı

Hü­qu­qi cə­hət­dən hər bir in­sa­nın və­tə­ni onun və ya va­li­deyn­lə­ri­nin və­tən­da­şı ol­du­ğu öl­kə he­sab edi­lir. İn­san hə­ya­tı bo­yu bir, ya­xud bir ne­çə öl­kə­nin və­tən­da­şı ola bi­lər. Onun üçün və­tən­da­şı ol­du­ğu bü­tün öl­kə­lər də­yər­li­dir. Am­ma hər bir in­san üçün ta­ri­xi və­tə­ni əvəz­siz­dir və o ta­ri­xi və­tə­ni­ni unut­ma­ma­lı­dır.


Azər­bay­can da onun və­tən­daş­la­rı, ya­xud va­li­deyn­lə­rin­dən ən azı bi­ri Azər­bay­can və­tən­da­şı ol­muş in­san­la­rın və­tə­ni­dir. Bu hü­qu­qi prin­sip öl­kə­mi­zin Kons­ti­tu­si­ya­sın­da da öz ək­si­ni ta­pıb. Əsas qa­nun­da təs­bit edi­lib ki, Azər­bay­can bü­tün və­tən­daş­la­rı­nın ümu­mi və bö­lün­məz və­tə­ni sa­yı­lır.


Və­tən­daş­lıq hü­qu­qi ilə bağ­lı mad­də­də isə qeyd edi­lir ki, Azər­bay­can döv­lə­ti­nə mən­sub olan, onun­la si­ya­si və hü­qu­qi bağ­lı­lı­ğı, ha­be­lə qar­şı­lıq­lı hü­quq və və­zi­fə­lə­ri olan şəxs Azər­bay­can və­tən­da­şı­dır. Azər­bay­can əra­zi­sin­də və ya Azər­bay­can və­tən­daş­la­rın­dan do­ğu­lan şəxs Azər­bay­can və­tən­da­şı­dır. Va­li­deyn­lə­rin­dən bi­ri Azər­bay­can və­tən­da­şı olan şəxs də Azər­bay­can və­tən­da­şı he­sab edi­lir.


Və­tən an­la­yı­şı­nın bir də mə­nə­vi tə­rə­fi var. Və­tən in­sa­nın ana­dan ol­du­ğu, də­də-ba­ba­la­rın, qo­hum-əq­rə­ba­la­rı­nın ya­şa­dı­ğı, soy­kö­kü ilə bağ­lı ol­du­ğu öl­kə­dir.

"Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Xar­ti­ya­sı"nda bil­di­ri­lir ki, və­tən yal­nız in­sa­nın do­ğul­du­ğu əra­zi­nin coğ­ra­fi hü­dud­la­rı­nı ifa­də et­mir, o ey­ni za­man­da hər bir fər­din şəx­siy­yət ola­raq for­ma­laş­ma­sı­nı, özü­nü­dər­ki­ni, dün­ya­ya mü­na­si­bə­ti­ni şərt­lən­di­rən baş­lı­ca me­yar­la­rı mü­əy­yən­ləş­di­rən fe­no­men ola­raq qiy­mət­lən­di­ri­lir. Hər bir in­san üçün "Və­tən" an­la­yı­şı onun da­xi­li "mə­ni" ilə ta­mam­la­nan, dü­şün­cə və hiss­lə­ri­ni, emo­si­ya­la­rı­nı, dün­ya­gö­rü­şü­nü, ic­ti­mai mü­na­si­bət­lər sis­te­min­də fər­di dav­ra­nı­şı­nın mo­tiv­lə­ri­ni is­ti­qa­mət­lən­di­rən baş­lı­ca məf­hum ki­mi qiy­mət­lən­di­ri­lir.


Xar­ti­ya­da vur­ğu­la­nır ki, Azər­bay­can xal­qı­nın tə­fək­kü­rün­də "Və­tən" an­la­yı­şı­nın ta­ri­xi Azər­bay­can xal­qı­nın ta­ri­xi qə­dər qə­dim və zən­gin­dir: "İlk epo­su­muz olan və xal­qın tə­şək­kü­lü­nün il­kin mər­hə­lə­lə­rin­də for­ma­la­şan "Də­də Qor­qud" qə­dim azər­bay­can­lı­nın epik dün­ya­gö­rü­şün­də və­tən­pər­vər­lik hiss­lə­ri­nin nə qə­dər güc­lü ol­du­ğu­nu par­laq şə­kil­də nü­ma­yiş et­di­rir. Hə­min hiss­lər Azər­bay­can xal­qı­nı heç bir ta­ri­xi mər­hə­lə­də tərk et­mə­yib, XIX əs­rin so­nu XX əs­rin əv­vəl­lə­rin­dən eti­ba­rən ye­ni key­fiy­yət qa­za­nıb, si­ya­si-ideo­lo­ci məz­mun kəsb edir".


Xar­ti­ya­da qeyd edi­lir ki, Azər­bay­can bü­tün azər­bay­can­lı­la­rın va­hid ta­ri­xi və­tə­ni­dir: "Va­hid ta­ri­xi və­tən Azər­bay­can mil­li həm­rəy­li­yin sti­mul­ve­ri­ci ami­li, mad­di və mə­nə­vi ba­za­sı ki­mi çı­xış edir. İlk növ­bə­də mad­di an­la­yış olan, ey­ni za­man­da mil­li-mə­nə­vi, psi­xo­lo­ci və s. amil­lə­ri eh­ti­va edən Və­tən məf­hu­mu­nun hü­dud­la­rı Azər­bay­can çoğ­ra­fi mə­ka­nı­nın əha­tə dai­rə­sin­dən kə­na­ra çı­xır və da­ha ge­niş so­si­al-si­ya­si məz­mun da­şı­yır. Ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq, mil­lə­ti­ni təm­sil edən şəxs, fərd özü­nün möv­cud­lu­ğu­nu, hə­ya­tı­nı və gə­lə­cə­yi­ni Və­tə­ni ilə bağ­la­yır".


Və­tə­nə bağ­lı­lıq həm də bir­li­yin, həm­rəy­li­yin əsa­sı­dır. Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı nü­ma­yən­də­lə­ri­nin bü­tün Dün­ya Azər­bay­can­lı­la­rı­na mü­ra­ciə­tin­də də və­tə­nə bağ­lı­lıq, mil­li həm­rəy­lik xü­su­si şə­kil­də vur­ğu­la­nır.


Mü­ra­ci­ət­də de­yi­lir ki, hər bir xal­qın mil­li var­lı­ğı­nın əsas şərt­lə­rin­dən bi­ri onun həm­rəy­li­yi, et­nik-si­ya­si mü­tə­şək­kil­li­yi­dir. Ta­rix dö­nə-dö­nə sü­but et­miş­dir kı, həm­rəy­lik­dən, et­nik-si­ya­si mü­tə­şək­kil­lik­dən məh­rum olan xalq­lar tez-gec güc­lü mil­lət­lə­rin tə­si­ri al­tı­na dü­şə­rək as­si­mil­ya­si­ya olu­nur və öz mil­li si­ma­sı­nı iti­rir. Müa­sir dün­ya­nın qa­baq­cıl xalq­la­rın­dan, mil­lət­lə­rin­dən bi­ri ol­maq üçün­sə güc­lü mil­li əzm, si­ya­si ira­də nü­ma­yiş et­dir­mək, bir mil­lət ki­mi bey­nəl­xalq nü­fuz qa­zan­maq la­zım gə­lir. Odur ki, həm öz ta­ri­xi Və­tə­nin­də-Azər­bay­can­da ya­şa­yan, həm də bu və ya di­gər sə­bəb­dən dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nə sə­pə­lə­nən azər­bay­can­lı­lar xal­qı­mı­zın, mil­lə­ti­mi­zin gə­lə­cə­yi na­mi­nə möh­kəm həm­rəy­lik və mü­tə­şək­kil­lik nü­ma­yiş et­dir­mə­li­dir.


Mü­ra­ci­ət­də qeyd edi­lir ki, Azər­bay­can­lı­lar XX əs­rin əv­vəl­lə­rin­də qə­dim və ta­ri­xi döv­lət­çi­lik ənə­nə­si­nə söy­kə­nə­rək Şərq­də ilk de­mok­ra­tik döv­lət-Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ya­ra­dıb: "XX əs­rin so­nun­da müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­da hə­min möh­tə­şəm döv­lət­çi­lik təc­rü­bə­si əsa­sın­da ya­ra­nıb və ta­ri­xən azər­bay­can­lı­la­ra xas olan döv­lət­çi­lik ənə­nə­lə­ri­ni müa­sir şə­ra­it­də bü­tün dün­ya­da sü­but edib. Dün­ya azər­bay­can­lı­la­rı­nın ha­ra­da məs­kun­laş­ma­la­rın­dan ası­lı ol­ma­ya­raq, ən mü­hüm, ən mü­qəd­dəs və­zi­fə­lə­rin­dən bi­ri Azər­bay­can xal­qı­nın ta­ri­xi nai­liy­yə­ti, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mə­nə­vi-si­ya­si ira­də­si­nin nə­ti­cə­si olan müs­tə­qil döv­lət­çi­li­yi qo­ru­yub sax­la­maq­dan, mil­li döv­lə­ti­mi­zin dün­ya bir­li­yin­də özü­nə­məx­sus yer tut­ma­sı­na ça­lış­maq­dan iba­rət­dir. Unut­maq ol­maz ki, müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin möv­cud­lu­ğu, onun de­mok­ra­tik, dün­yə­vi, hü­qu­qi döv­lət qu­ru­cu­lu­ğu yo­lu ilə inam­la irə­li­lə­mə­si yal­nız Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın de­yil, bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li müs­tə­qil­lik və döv­lət­çi­lik tə­fək­kü­rü­nün in­ki­şa­fı­na, on­la­rın həm­rəy­li­yi­nə tə­kan ve­rir, Azər­bay­can xal­qı­na mə­də­ni bir et­nos ki­mi bey­nəl­xalq nü­fuz gə­ti­rir. Dün­ya­nın müx­tə­lif öl­kə­lə­ri­nə sə­pə­lən­miş azər­bay­can­lı­la­rın mə­də­ni-si­ya­si bir­li­yi, həm­rəy­li­yi müs­tə­qil Azər­bay­can Res­pub­li­ka­sı­nın və bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın mə­na­fe­yi­nə uy­ğun­dur və onun əsas stra­te­ci məq­səd­lə­rin­dən bi­ri­dir. Ona gö­rə də və­tən­dən ay­rı dü­şən hər bir azər­bay­can­lı əmin ol­ma­lı­dır ki, onun nü­fu­zu­nu, şə­rəf­mi qo­ru­ma­ğa hə­mi­şə ha­zır olan bir döv­lə­tA­zər­bay­can Res­pub­li­ka­sı var­dır".


Azər­bay­can­lı­la­rın və­tə­ni­nə bağ­lı­lı­ğı üçün va­cib amil­lər­dən bi­ri də di­li­mi­zin qo­run­ma­sı­dır. Mü­ra­ci­ət­də di­lin öy­rə­nil­mə­si, ai­lə­lər­də ya­şa­dıl­ma­sı əhə­miy­yət­li xü­su­siy­yət ki­mi qa­bar­dır­lır. Bu­nun­la bağ­lı qeyd edi­lir ki, Azər­bay­can döv­lə­ti Azər­bay­can xal­qı­nın ta­ri­xən dün­ya mə­də­niy­yə­ti­nə ver­di­yi zən­gin mad­di, mə­nə­vi-əx­la­qi, ideo­lo­ci sər­vət­lə­rin, Azər­bay­can adı­nın eti­bar­lı mü­da­fiə­çi­si və sa­hi­bi­dir. Yer üzə­rin­də möv­cud olan mil­yon­lar­la azər­bay­can­lı­nın əsas ün­siy­yət va­si­tə­si olan Azər­bay­can di­li-Azər­bay­can Res­pub­li­ka­sı­nın döv­lət di­li­dir. Odur ki, azər­bay­can­çı­lıq ama­lı və müs­tə­qil döv­lət­çi­lik ət­ra­fın­da ya­ra­nan mil­li bir­lik, mil­li həm­rəy­lik ha­ra­da ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq hər bir azər­bay­can­lı­nın mə­na­fe­yi­nə tam uy­ğun­dur. İn­di hər bir dün­ya azər­bay­can­lı­sı­nın üz tut­ma­ğa, sev­gi­si­ni, mə­həb­bə­ti­ni bil­dir­mə­yə Azər­bay­can adın­da bir doğ­ma, mü­qəd­dəs ocaq, sö­zü­nü de­mə­yə, qay­ğı­la­rı­nı, dərd­lə­ri­ni bö­lüş­mə­yə is­ti bir yurd var. Hər bir azər­bay­can­lı bu oca­ğa ərk­lə üz tut­du­ğu ki­mi, ey­ni za­man­da mə­su­liy­yət­lə dərk et­mə­li­dir ki, Və­tən sev­gi­si­ni iş­də sü­but et­mək, Və­tə­nin prob­lem­lə­rin­dən xə­bər­dar ol­maq, bun­la­rı ara­dan qal­dır­maq üçün yol­lar ara­maq, Və­tən­lə nə­fəs al­maq, onun tə­əs­sü­bü­nü çək­mək və qay­ğı­la­rı ilə ya­şa­maq la­zım­dır.


Mü­ra­ci­ət­də bil­di­ri­lir ki, bü­tün dün­ya azər­bay­can­lı­la­rın ta­ri­xi və­tə­nin, Azər­bay­can xal­qı­nın ay­rıl­maz his­sə­si he­sab edən Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti cə­nab Hey­dər Əli­yev dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li bir­lik və həm­rəy­lik prob­le­mi­ni döv­lət si­ya­sə­ti sə­viy­yə­si­nə qal­dı­rıb, Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­dı­rıl­ma­sı, dün­ya azər­bay­can­lı­la­rı­nın bir-bi­ri ilə və Və­tən­lə əla­qə­lə­ri­nin ya­ra­dıl­ma­sı və möh­kəm­lən­di­ril­mə­si mə­sə­lə­lə­ri­ni bi­la­va­si­tə gün­də­mə gə­ti­rib. Bu gün dün­ya azər­bay­can­lı­la­rı­nın əsl mil­li özü­nü­dərk və ümum­mil­li ide­ya - azər­bay­can­çı­lıq, müs­tə­qil döv­lət­çi­lik və mil­li-mə­nə­vi də­yər­lər ət­ra­fın­da bir­ləş­mə­si pro­se­si baş­la­nıb. Dün­ya azər­bay­can­lı­la­rı­na mü­ra­ci­ət­də xa­tır­la­dı­lır ki, Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin və döv­lət­çi­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si-onun möv­qe­yi­nin dün­ya müs­tə­vi­sin­də güc­lən­di­ril­mə­si, er­mə­ni tə­ca­vü­zü­nə mə­ruz qa­lan Azər­bay­can xal­qı­nın haqq sə­si­nin dün­ya­ya çat­dı­rıl­ma­sı, Dağ­lıq­Qa­ra­bağ prob­le­mi­nin əda­lət­li həl­li­nə na­il olun­ma­sı və di­gər ümum­mil­li mə­sə­lə­lə­rin həl­li dün­ya­da ya­şa­yan bü­tün soy­daş­la­rı­mı­zın bir­li­yi­ni və həm­rəy­li­yi­ni da­ha zə­ru­ri edir. Bun­dan baş­qa dün­ya azər­bay­can­lı­la­rı­nın bir­li­yi, həm­rəy­li­yi on­la­rın ya­şa­dı­ğı öl­kə­lər­də və bü­tün dün­ya­da güc­lü və mo­no­lit bir qüv­və ki­mi çı­xış et­mə­lə­ri­nə, öz mil­li və və­tən­daş haq­la­rı­nı da­ha dol­ğun qo­ru­ma­la­rı­na da əhə­miy­yət­li tə­sir gös­tə­rə bi­lər.


Azər­bay­can ad­lı müs­tə­qil döv­lə­tin var­lı­ğı bi­zim ən bö­yük ta­ri­xi sər­və­ti­miz, XX yü­zil­li­yə bü­tün azər­bay­can­lı­la­rın qa­zan­dı­ğı ən bö­yük nai­liy­yə­ti ol­du­ğu bil­di­ri­lən mü­ra­ci­ət­də qeyd edi­lir ki, xal­qı­mız nə­in­ki ata-ba­ba­la­rı­mı­zın yo­lu­nu da­vam et­di­rə­rək müs­tə­qil döv­lət­çi­li­yi­mi­zi bər­pa edib, həm­çi­nin on il ər­zin­də onu qo­ru­ya­raq hər­tə­rəf­li möh­kəm­lən­di­rib, iq­ti­sa­di, hü­qu­qi, si­ya­si, mə­nə­vi ba­xım­dan in­ki­şaf et­di­rib: "Bu gün dün­ya bir­li­yi­nə da­xil olan müs­tə­qil, su­ve­ren Azər­bay­can Res­pub­li­ka­sı mil­lə­ti­mi­zin dün­ya­da ye­ga­nə döv­lə­ti olub bü­tün dün­ya azər­bay­can­lı­la­rı­nın həm mə­nə­vi pə­na­hı, həm də mə­bəd­ga­hı­dır. Odur ki, hər bir azər­bay­can­lı ta­ri­xi Və­tə­ni­nin, Azər­bay­can döv­lə­ti­nin ta­le­yin­də iş­ti­rak et­mə­li, onun müs­tə­qil­li­yi, in­ki­şa­fı yo­lun­da dur­ma­dan ça­lış­ma­lı, fəa­liy­yət gös­tər­mə­li­dir. Azad, fi­ra­van, qüd­rət­li Azər­bay­can Res­pub­li­ka­sı bü­tün dün­ya Azər­bay­can­lı­la­rı üçün ca­zi­bə mər­kə­zi­dir. Hər bir azər­bay­can­lı onu da bil­mə­li­dir ki, onun ar­xa­sın­da Azər­bay­can Res­pub­li­ka­sı ki­mi azad, müs­tə­qil döv­lət du­rur. Azər­bay­ca­nı öz­lə­ri­nin ta­ri­xi Və­tə­ni he­sab edən in­san­lar Azər­bay­can döv­lət­çi­li­yi ide­ya­la­rı ət­ra­fın­da bir­ləş­mə­li, ümum­mil­li mə­sə­lə­lər­də sar­sıl­maz həm­rəy­lik nü­ma­yiş et­dir­mə­li­dir­lər".

 

Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND