Sürücülük vəsiqələrimiz xaricdə də tanınacaq - QANUN

02.02.2019 00:24
341
Sürücülük vəsiqələrimiz xaricdə də tanınacaq - QANUN

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılıb.


Ekspress.az xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında müzakirə olunub.


Bildirilib ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq.


Deputat Çingiz Qənizadə bildirib ki, hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin – “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.


Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

Açar sözlər: