Hərbi hissələrdə andiçmə - VİDEO - FOTOLAR

10.02.2019 17:46
318
Hərbi hissələrdə andiçmə - VİDEO - FOTOLAR

Fevralın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Ekspress.az-a Müdafiə Nazirliyindən bildirilib.


Verilən məlumata görə, bütün qoşun növlərində, hərbi birliklərdə, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.


Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.


Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.


Ekspressşaz

  • SON XƏBƏR
  • TREND