• 9 °C Bakı
  • 7 °C Quba
  • 8 °C Gəncə
  • 5 °C Yevlax
  • 9 °C Naxçıvan

Aprel şəhidimizin həyat yoldaşı işlə təmin olunub - FOTO

07.02.2019 17:17
115
Aprel şəhidimizin həyat yoldaşı işlə təmin olunub - FOTO

Aprel şəhidimizin həyat yoldaşı "Azərişıq"da işlə təmin olunub.


Ekspress.az xəbər verir ki, 2016-cı il şanlı aprel döyüşlərinin şəhidi tank komandiri, baş-gizir Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva yenicə işə başladığı “Azərişıq”ASC-nin Mingəçevir Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin direktoru Saleh Abdullayevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq edib.


V.Tağıyeva bildirib ki, bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü münasibəti ilə idarədə şəhidlərimizə ehsan süfrəsi açılıb:


“İlk dəfə iş üçün idarəyə gedəndə nə olacaq deyə düşünürdüm. Qurumun rəisi Saleh Abdullayev məni çox hörmətlə qarşılayıb dinlədi və bildirdi ki, “Şəhid qəhrəmanımızın həyat yoldaşına əlimizdən gələni etmək bizim borcumuzdur”. Bundan çox qürurlandım, hətta qorxum və həyəcanım da keçdi. Bu diqqətə görə başda Heydər Əliyev Fondu olmaqla hamıya təşəkkür edirəm. Məhz onların sayəsində belə bir gözəl kollektivlə tanış olub işləməyə başladım. 


Saleh Abdullayevə bütün şəhid ailələri adından minnətdarlıq edirəm. O, bu gözəl ürəyin sahibi olduğu üçün çox sağ olsun. Heç vaxt şəhidlərimizi və ailələrini unutmurlar. Onu demək istəyirəm ki, bu cür iş adamlarından örnək götürməliyik. İnsan olduğumuzu unutmayaq həyatı bilmək olmur. Bu gün kiminsə yaşadığı həyatı sabah sən də yaşaya bilərsən. 


Bu gün Milli Qəhrəmanımız Mübariz İbrahimovun doğum günü münasibəti ilə idarəmizdə rəhbərlik tərəfindən şəhidlərimiz üçün ehsan süfəri açıldı. İlk öncə Mingəçevirdə Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət etdik, ruhlarına dualar oxuduq. Bundan sonra idarəmizdə şəhidlərimizlə bağlı tədbirə strat verildi”.  






  • SON XƏBƏR
  • TREND