Bakının neft emalı zavodu işini dayandırdı


04.10.2019 16:10
50
Bakının neft emalı zavodu işini dayandırdı

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.


Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.


Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.


İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.


Qeyd edək ki, NEZ-dən xammal alan “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb. (apa)


Ekspress.az


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND