Boşanmadan sevgilisi ilə evlənən Anar Mədətov danışdı - VİDEO


01.05.2019 14:05
3244
Boşanmadan sevgilisi ilə evlənən Anar Mədətov danışdı - VİDEO

"Bu həyatdır, hər şey ola bilər"


Prodüser Anar Mədətov haqqında yayılan xəbərlərlə bağlı açıqlama verib.


Ekspress.az xəbər verir ki, o, əvvəl boşanmadan ailə qurması haqqında yazılan xəbərlərdən danışmaq istəməsə də, sonradan "bu mənim şəxsi həyatımdır" - deyə, cavab verib. Bu barədə prodüser ARB TV-də yayımlanan "Show News" verilişində danışıb (big.az). O, oğlu futbolçu Mahir Mədətovun atasından imtina edərək anasının familiyasını götürməsinə də münasibət bildirib:


"Mənim ailə işimdir, özüm bilərəm. Buna heç kim qarışa bilməz. Mahir elə bir şey deyə bilməz. Kimsə burada Mahirin adından danışmaq istəyirsə, o, öz-özünü biabır edir. Bu həyatdır, hər şey ola bilər"



Ekspress.az