Stras­burq­da "Azər­bay­can evi" Cə­miy­yə­ti

11.10.2018 18:56
470
Stras­burq­da "Azər­bay­can evi" Cə­miy­yə­ti

Stras­burq şə­hə­ri əha­li­nin sa­yı­na gö­rə Fran­sa­nın yed­din­ci ən bö­yük şə­hə­ri he­sab olu­nur. Av­ro­pa Şu­ra­sı­nın mər­kə­zi or­qan­la­rı və Av­ro­pa Par­la­men­ti Stras­bur­da yer­lə­şir.


Stras­burq Av­ro­pa­da ən çox azər­bay­can­lı tə­lə­bə sa­yı­na gö­rə se­çi­lən şə­hər­lər­dən­dir. Qey­ri-rəs­mi mə­lu­ma­ta gö­rə, Stras­burq­da­kı tə­lə­bə­lə­rin sa­yı 80-100 ara­sın­da də­yi­şir. Bu­nun sə­bəb­lə­rin­dən bi­ri də gə­lən tə­lə­bə­lə­rin ba­ka­lavr və ya ma­gistr təh­si­li ilə ki­fa­yət­lən­mə­yib növ­bə­ti təh­sil pil­lə­lə­ri­ni də da­vam et­dir­mə­lə­ri­dir. Tə­lə­bə­lər təh­sil al­dıq­la­rı ali mək­təb­lər­də ak­tiv­lik nü­ma­yiş et­dir­mək­lə ya­na­şı, ey­ni za­man­da müx­tə­lif ic­ti­mai fəa­liy­yət­lə məş­ğul olur­lar. Hət­ta Stras­burq­da fəa­liy­yət gös­tə­rən "Azər­bay­can evi"nin təş­kil et­di­yi təd­bir­lər­də də iş­ti­rak edir, Azər­bay­can mə­də­niy­yə­ti­ni təq­dim edir­lər.


Eks­pert­lər bil­di­rir­lər ki, son il­lər mil­li mə­də­niy­yə­ti­mi­zin dün­ya­ya in­teq­ra­si­ya­sı is­ti­qa­mə­tin­də Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti bö­yük rol oy­na­yır. Be­lə ki, Azər­bay­can di­as­po­ru­nun öl­kə­mi­zin mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lər nə­ti­cə­sin­də dün­ya­nın ək­sər öl­kə­lə­rin­də gör­kəm­li elm və mə­də­niy­yət xa­dim­lə­ri­miz ba­rə­də dol­ğun fi­kir for­ma­la­şıb, on­la­rın əsər­lə­ri ge­niş təb­liğ edi­lib. Məhz bu ba­xım­dan Fran­sa ilə əla­qə­lə­rin in­ki­şa­fı təq­di­rə­la­yiq he­sab olu­nur.

Ye­ri gəl­miş­kən, Stras­burq­da­kı "Azər­bay­can evi" cə­miy­yə­ti öl­kə­nin Mark Blok Uni­ver­si­te­ti ilə əla­qə­lər qu­rub.


- "Araz" Fran­sa-Azər­bay­can Mə­də­ni Əla­qə­lər As­so­sia­si­ya­sı 2006-cı il­də Pa­ris­də tə­sis edi­lib. As­so­sia­si­ya­nın əsas məq­sə­di mə­də­ni təd­bir­lər və xey­riy­yə ak­si­ya­la­rı təş­kil et­mək, Fran­sa­da fəa­liy­yət gös­tə­rən baş­qa mə­də­ni və di­ni ic­ma­lar­la sıx əla­qə­lər qur­maq­dır. Təş­kil olun­muş təd­bir­lər za­ma­nı Azər­bay­ca­nın ta­ri­xi, ədə­biy­ya­tı, mə­də­niy­yə­ti, mu­si­qi­si, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si və Fran­sa­da məs­kun­laş­mış azər­bay­can­lı­lar­la bağ­lı ət­raf­lı mə­lu­mat ve­ri­lir və əv­vəl­cə­dən ha­zır­lan­mış film­lər nü­ma­yiş et­di­ri­lir.


- Azər­bay­can Kül­tür Mər­kə­zi 1990-cı il­dən Stras­burq­da fəa­liy­yət gös­tə­rir. Kül­tür Mər­kə­zi­nin məq­sə­di mə­də­ni təd­bir­lər və mil­li bay­ram­la­rı­mı­zı təş­kil et­mək­lə xal­qı­mı­zın mə­də­niy­yə­ti­ni, folk­lo­ru­mu­zu qo­ru­yub sax­la­ma­ğa xid­mət et­mək­dir.


Fran­sa­da Azər­bay­can mü­ha­ci­rə­ti­nin ilk nü­ma­yən­də­lə­ri (Əli­mər­dan bəy Top­çu­ba­şov, Cey­hun bəy Ha­cı­bəy­li və b.) XX əs­rin bi­rin­ci rü­bün­də fəa­liy­yə­tə baş­la­sa da, mü­tə­şək­kil di­as­por təş­ki­lat­la­rı­nın for­ma­laş­ma­sı son 15-20 ilə tə­sa­düf edir. Fran­sa­da bir ne­çə mil­li mə­də­niy­yət mər­kəz­lə­ri, o cüm­lə­dən, "Azər­bay­can Evi" As­so­sia­si­ya­sı fəa­liy­yət gös­tə­rir. 2003-cü ilin no­yab­rın­da azər­bay­can­lı tə­lə­bə­lər və gənc­lər tə­rə­fin­dən "Azər­bay­can-Fran­sa Gənc­lik As­so­sia­si­ya­sı" (AF­GA) ya­ra­dı­lıb. Cə­miy­yə­tin məq­sə­di öl­kə­də fəa­liy­yət gös­tə­rən azər­bay­can­lı tə­lə­bə təş­ki­lat­la­rı­nın işi­ni əla­qə­lən­dir­mək­dir. 2004-cü il­dən as­so­sia­si­ya­nın "Kör­pü-Le Pont" jur­na­lı nəşr olu­nur.


Qeyd edək ki, son dövr­lər Azər­bay­can di­as­por təş­ki­lat­la­rı da­ha da fə­al­la­şıb. Be­lə ki, er­mə­ni tə­ca­vüz­kar­la­rı­nın mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə sa­hib çıx­maq cəhd­lə­ri­nə qar­şı di­as­por təş­ki­lat­la­rı cid­di mü­ba­ri­zə apa­rır.


Son il­lər di­as­por təş­ki­lat­la­rı bey­nəl­xalq aləm­də Azər­bay­can mə­də­niy­yə­ti­nin təb­li­ği is­ti­qa­mə­tin­də da­vam­lı iş apa­rır­lar. Bu­nun nə­ti­cə­si­dir ki, Azər­bay­can mə­də­niy­yə­ti bey­nəl­xalq miq­yas­da ta­nı­nır və mil­li-mə­nə­vi ir­si­mi­zə ma­raq il­dən-ilə ar­tır (pres­lib.az).


Azər­bay­ca­nı xdün­ya öl­kə­lə­rin­də təm­sil edən di­as­por təş­ki­lat­la­rın­dan bi­ri də "Stras­burq Azər­bay­can Evi"dir. "Stras­burq Azər­bay­can Evi"nin rəh­bə­ri Mus­ta­fa Əlin­cə bil­di­rir ki, 2005-ci il­dən fəa­liy­yət gös­tə­rən "Stras­burq Azər­bay­can Evi" öl­kə­mi­zin hə­qi­qət­lə­ri­nin Fran­sa, elə­cə də dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı, Xo­ca­lı soy­qı­rı­mı­nın ta­nı­dıl­ma­sı is­ti­qa­mə­tin­də da­vam­lı iş­lər apa­rır: "Stras­burq-Azər­bay­can Evi"ndən əv­vəl 1991-ci il­də mü­əl­li­məm mər­hum İren Mə­li­ko­va ilə bir­lik­də Azər­bay­can­la Mə­də­ni Əla­qə­lər Təş­ki­la­tı ya­rat­dıq. 2005-ci ilə qə­dər biz hə­min təş­ki­lat adı al­tın­da fəa­liy­yət gös­tər­dik. 2005-ci il­də Azər­bay­ca­nın Stras­burq­da­kı dai­mi nü­ma­yən­də­si Aq­şin Meh­di­yev bi­zi bir ara­ya yı­ğa­raq bir­gə iş­lə­mə­yi töv­si­yə et­di və bi­zə dəs­tək ola­caq­la­rı­nı bil­dir­di. Biz də öz növ­bə­miz­də 3 təş­ki­lat-Stras­burq­da­kı Azər­bay­can Tə­lə­bə­lər, Gü­ney Azər­bay­can­dan olan soy­daş­la­rı­mı­zın Azər­bay­can Mə­də­niy­yət Mər­kə­zi və Azər­bay­can­la Mə­də­ni Əla­qə­lər Təş­ki­la­tı ola­raq bir­lə­şib "Stras­burq-Azər­bay­can Evi"ni ya­rat­dıq. "Stras­burq-Azər­bay­can Evi" ola­raq hər il mil­li bay­ram­la­rı­mı­zı qeyd edir­dik. Ey­ni za­man­da Stras­burq­da mün­tə­zəm ola­raq ke­çi­ri­lən mu­si­qi ya­rış­ma­la­rı və bu tip­li təd­bir­lər­də Azər­bay­ca­nı təm­sil edir­dik. Pa­ra­lel ola­raq Stras­burq Uni­ver­si­te­ti ilə bir­gə əmək­daş­lıq çər­çi­və­sin­də müx­tə­lif möv­zu­la­rı əha­tə edən konf­rans­lar ke­çi­rir­dik. 2005-ci il­dən eti­ba­rən isə "Stras­burq-Azər­bay­can Evi"ndə ki­tab­xa­na ya­rat­dıq. İren Mə­li­ko­va 600-dən ar­tıq ki­ta­bı­nı "Stras­burq-Azər­bay­can Evi"nə hə­diy­yə et­di. Bü­tün bun­lar­la ya­na­şı hər ay yer­li ra­dio­da iki sa­at­lıq proq­ra­mı­mız olur".


M.Əlin­cə onu da qeyd edir ki, Fran­sız di­lin­də ya­yın­la­nan proq­ram­da Azər­bay­can mu­si­qi­si ge­niş təb­liğ edil­mək­lə ya­na­şı, ey­ni za­man­da Azər­bay­can hə­qi­qət­lə­ri, öl­kə­mi­zin ya­şa­dı­ğı sı­xın­tı­lar, Dağ­lıq Qa­ra­bağ prob­le­mi fran­sız­la­ra çat­dı­rı­lır: "Konk­ret ola­raq baş­lı­ca fəa­liy­yət is­ti­qa­mət­lə­ri­miz Azər­bay­ca­nın mil­li mə­sə­lə­lə­ri­ni fran­sız­la­ra çat­dır­maq­dır. İl ər­zin­də bi­zim 4 ra­dio proq­ra­mı­mız ya­yın­la­nıb. 20 Yan­var fa­ciə­si qeyd edil­di və bu ba­rə­də ra­dio proq­ram­da mə­lu­mat ve­ril­di. Ey­ni za­man­da Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı Stras­burq­da­kı mey­dan­da ke­çir­di­yi­miz mi­tinq ba­rə­də re­por­taj efi­rə get­di. Bir müd­dət əv­vəl isə Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sı­nın top­lan­tı­sı ke­çi­rə­lər­kən As­samb­le­ya­nın bi­na­sı qar­şı­sın­da Er­mə­nis­ta­nın mo­ni­to­rin­qi­nin ləğv edil­mə­si­nə eti­raz əla­mə­ti ola­raq mi­tinq təş­kil et­dik. İş gü­nü ol­ma­sı­na bax­ma­ya­raq çox­lu say­da in­san­lar hə­min mi­tinq­də iş­ti­rak et­di.

Be­lə bir fi­kir for­ma­la­şıb ki, Fran­sa er­mə­ni­lə­rin ikin­ci ana və­tə­ni he­sab edi­lir. Və be­lə bir öl­kə­də Azər­bay­ca­nı təm­sil et­mək, onun təb­li­ğa­tı ilə məş­ğul ol­maq o qə­dər də asan de­yil.


M.Əlin­cə qeyd edir ki, əgər biz bu ki­mi təh­lü­kə­lər­dən qorx­say­dıq fəa­liy­yət gös­tər­məz­dik: "20 il­dən çox­dur ki, biz Stras­bur­qun Kle­ber mey­da­nı­na çı­xır və ora­da Xo­ca­lı soy­qı­rı­mı­nı qeyd edir, eti­raz ak­si­ya­sı ke­çi­ri­rik. Hə­min ak­si­ya­ya di­gər dost­la­rı­mız da dəs­tək ve­rir. Düz­dür, bu­nu bir cə­sa­rət ki­mi də he­sab et­mi­rik. Bi­li­rik ki, bu işi biz gör­mə­li­yik. Onu da eti­raf et­mək la­zım­dır ki, də­fə­lər­lə er­mə­ni­lər tə­rə­fin­dən təh­did­lə­rə mə­ruz qal­mı­şıq. Çün­ki er­mə­ni­lər Fran­sa­da­kı Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­tin­dən çox na­ra­hat ol­ma­ğa baş­la­yıb­lar. Əvəl­lər er­mə­ni­lər Av­ro­pa­da öz­lə­ri­ni çox ra­hat hiss edir­di­lər. Xü­su­si­lə, Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı mə­sə­lə­də. On­lar dü­şün­mür­dü­lər ki, azər­bay­can­lı­lar təd­ri­cən Av­ro­pa­nı Xo­ca­lı soy­qı­rı­mı ba­rə­də mə­lu­mat­lan­dı­ra bi­lə­cək­lər və av­ro­pa­lı­lar, fran­sız­lar da bi­zim prob­lem­lə­ri­mi­zə qu­laq ve­rə­cək­lər. Ar­tıq Fran­sa­da işıq üzü gö­rən küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin möv­qe­yin­də müs­bət is­ti­qa­mə­tə doğ­ru də­yi­şil­mə mü­şa­hi­də edi­lir. Əgər əv­vəl­lər fran­sız qə­zet­lə­ri Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı ma­te­ri­al ha­zır­la­yan­da "Azər­bay­can­lı­lar yı­ğıl­dı­lar", "mi­tinq ol­du" ki­mi ifa­də­lər iş­lə­dir­di­lər­sə, in­di isə be­lə ya­zı­lır. "Azər­bay­can­lı­lar Xo­ca­lı qət­lia­mı­nı yad et­di­lər". Yə­ni, ar­tıq bir mən­tiq fər­qi var və bu be­yin­lə­rə həkk olu­nur. An­caq çox is­tər­dik ki, bi­zə Azər­bay­can­dan si­ya­si dəs­tək də ol­sun. Çün­ki biz bir təş­ki­lat, əs­gər ki­mi mü­ba­ri­zə apa­rı­rıq. Ey­ni za­man­da si­ya­si güc, dəs­tək də ol­ma­lı­dır ki, er­mə­ni ci­na­yət­lə­ri­ni Av­ro­pa, bey­nəl­xalq məh­kə­mə­lə­rə çı­xa­ra bi­lək".


"Stras­burq Azər­bay­can Evi" nin rəh­bə­ri onu da qeyd edir ki, Azər­bay­can di­as­po­ru­na ulu ön­dər Hey­dər Əli­yev tə­rə­fin­dən gös­tə­ri­lən diq­qət və qay­ğı ha­zır­da pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən da­vam et­di­ri­lir: "An­caq bir mə­qa­mı da eti­raf et­mək la­zım­dır ki, Fran­sa­da ya­şa­yan azər­bay­can­lı­lar öl­kə­mi­zin prob­lem­lə­ri, Xo­ca­lı soy­qı­rı­mı ilə əla­qə­dar ke­çi­ri­lən təd­bir­lər­də çox zə­if iş­ti­rak edir­lər. Gü­ney Azər­bay­can­dan olan soy­daş­la­rı­mı­zın bir his­sə­si təd­bir­lə­rə dəs­tək ver­dik­lə­ri hal­da, di­gər bir qis­mi iş­ti­rak et­mir. Azər­bay­can­lı­lar və di­gər Türk­dil­li Xalq­la­rın Əmək­daş­lıq Mər­kə­zi ilə Stras­burq­da ke­çir­di­yi­miz təd­bir­lər za­ma­nı soy­daş­la­rı­mız ke­çi­ri­lən təd­bir­lər­də ak­tiv ol­mur­lar. Hər kə­si bir-bir də­vət edir, mo­bil te­le­fon­la­rı­na me­saj gön­də­rir, hət­ta qa­pı­la­rı­na qə­dər ge­dib təd­bi­rə də­vət edi­rik. An­caq soy­daş­la­rı­mız­dan is­tə­ni­lən qə­dər dəs­tək ala bil­mi­rik. La­kin zi­ya­fət təd­bir­lə­ri­miz­də iş­ti­rak edən azər­bay­can­lı­la­rın sa­yı çox olur. Hət­ta də­vət et­mə­di­yi­miz in­san­lar da hə­min təd­bi­rə gə­lir­lər.

Qeyd edim ki, Fran­sa­da­kı türk di­as­por təş­ki­lat­la­rı ilə çox nor­mal əla­qə­lə­ri­miz möv­cud­dur. Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­yev də­fə­lər­lə haq­lı ola­raq açıq şə­kil­də bil­di­rib ki, bir mil­lə­tin iki di­as­po­ru ol­maz. Ona gö­rə biz "Stras­burq-Azər­bay­can Evi" ola­raq türk təş­ki­lat­la­rı ilə əmək­daş­lı­ğı da­ha da in­ki­şaf et­di­ri­rik. Təş­ki­lat ola­raq bun­dan əv­vəl də türk di­as­por təş­ki­lat­la­rı ilə ya­xın­dan əmək­daş­lıq edir­dik. Ha­zır­da da bir­gə əmək­daş­lı­ğı­mız da­vam edir. "Stras­burq-Azər­bay­can Evi" ola­raq hər il Xo­ca­lı soy­qı­rı­mı ilə bağ­lı ke­çir­di­yi­miz ak­si­ya­la­rın iş­ti­rak­çı­la­rı­nın bö­yük ək­sə­riy­yə­ti məhz Tür­ki­yə türk­lə­ri olur" (olay­lar.az).


Qeyd edək ki, Fran­sa­da və Av­ro­pa­nın di­gər öl­kə­lə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri ötən ilin ap­re­lin­də Stras­burq şə­hə­rin­də, Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sı­nın (AŞ­PA) qar­şı­sın­da eti­raz ak­si­ya­sı ke­çi­rib­lər.


Pa­ris Azər­bay­can Evi­nin tə­şəb­bü­sü, Fran­sa­da­kı Azər­bay­can­lı Tə­lə­bə­lər As­so­sia­si­ya­sı və Al­man-Azər­bay­can Mə­də­niy­yət Evi­nin təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tan mi­tinq­də 200-dən ar­tıq soy­da­şı­mız, o cüm­lə­dən türk ic­ma­sı­nın təm­sil­çi­lə­ri iş­ti­rak edib­lər.

Ak­si­ya­da iş­ti­rak edən­lər AŞ­PA-nın Tür­ki­yə ilə bağ­lı mo­ni­to­rin­qi bər­pa et­mək qə­ra­rı­na və qu­ru­mun Azər­bay­ca­na mü­na­si­bət­də tut­du­ğu qə­rəz­li möv­qe­yə eti­raz­la­rı­nı bil­di­rib­lər.

Azər­bay­can di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri he­sab edir­lər ki, AŞ­PA-nın mo­ni­to­rinq­lə­ri müx­tə­lif dai­rə­lə­rin mə­na­fe­yi­nə xid­mət edir, müs­tə­qil döv­lət­lə­rə təz­yiq gös­tər­mək və on­la­rın mil­li ma­raq­la­rı­na zər­bə vur­maq məq­sə­di gü­dür. Ak­si­ya iş­ti­rak­çı­la­rı de­yib­lər: "Azər­bay­can­la əla­qə­dar qon­dar­ma "si­ya­si məh­bus" oyu­nu, Kris­to­fer Ştras­se­rin mo­ni­to­rin­qi, bu­nun­la bağ­lı AŞ­PA-da apa­rı­lan mü­za­ki­rə­lər və di­gər bu ki­mi mə­sə­lə­lər bu qu­ru­mun si­ya­si təz­yiq va­si­tə­si­nə çev­ril­di­yi­ni açıq şə­kil­də nü­ma­yiş et­di­rir".


Qeyd olu­nub ki, Azər­bay­can in­teq­ra­si­ya me­yil­lə­ri­ni ye­ni­dən nə­zər­dən ke­çir­mə­li, öz mil­li ma­raq­la­rı­na uy­ğun stra­te­ji hə­dəf­lə­ri­nə doğ­ru irə­li­lə­mə­li­dir. Azər­bay­can re­gi­on öl­kə­lə­ri, İs­lam dün­ya­sı, Şərq ilə əla­qə­lə­ri­ni da­ha da ge­niş­lən­dir­mə­li, on­la­rın bö­yük po­ten­sia­lın­dan ya­rar­lan­ma­lı, öz mil­li döv­lət­çi­li­yi­ni da­ha da güc­lən­dir­mə­li­dir (AZƏR­TAC).


Ak­si­ya iş­ti­rak­çı­la­rı bə­yan edib­lər ki, Azər­bay­can cə­miy­yə­ti Av­ro­pa tə­si­sat­la­rı­nın özü­nə və qar­daş Tür­ki­yə­yə qar­şı əda­lət­siz möv­qe­yi­ni, Qər­bin is­la­mo­fob dai­rə­lə­ri­nin mü­səl­man öl­kə­lə­ri­ni hə­də­fə al­maq cəhd­lə­ri­ni heç vaxt qə­bul et­mə­yə­cək.

 

Rə­şid RƏ­ŞAD

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND