Azərbaycan və Səudiyyə Ərəbistanı energetikaya dair məsələləri müzakirə edib

Azərbaycan Energetika Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi arasında enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək məqsədilə yaradılmış birgə Texniki Komissiyanın ilk iclası keçirilib.
Ekspress.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Komissiyanın Azərbaycan tərəfindən rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə yüksələn xəttlə inkişaf etdiyini bildirib. Vəliyev OPEC+ formatında intensiv əməkdaşlığın, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının bu ilin mart ayında Bakıda keçirilməsi kimi təşəbbüsün enerji sahəsində əlaqələrin inkişafına təkan verdiyini qeyd edeib. Qeyd olunub ki, enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar var və Texniki Komissiyanın iclasları bu potensialı reallaşdırmağa töhfə verəcək.
Komissiyanın Səudiyyə Ərəbistanı tərəfindən rəhbəri, bu ölkənin Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin beynəlxalq münasibətlər üzrə müşaviri Şakir Mahrus isə deyib ki, enerji sahəsində çox istiqamətli əməkdaşlığın inkişafına nail olmaq hər iki ölkənin ümumi maraqlarına cavab verir.
İclasda neft hasilatı, emalı və neft-kimya məhsullarının dünya bazarlarına çıxarılması, “Saudi Aramco” və SOCAR arasında əlaqələrin genişləndirilməsi, SABİC şirkətinin Azərbaycanla neft-kimya sahəsində layihələrin həyata keçirilməsi perspektivləri, eləcə də bərpa olunan enerji, enerji səmərəliliyi, elektroenergetika sahələri üzrə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı neft-qaz sektoru ilə yanaşı, bərpa olunan enerjidən istifadə ilə bağlı da Azərbaycanla təcrübəsini bölüşmək və ərəb şirkətlərini bu sahəyə cəlb etmək niyyətindədir.
-
-
21.02 13:28
Azərbaycanın istehsalı olan “Laçın” neft tankeri suya salınıb
-
21.02 13:21
Xəzər Dəniz Gəmiçiliyi 5 gəmi alacaq
-
21.02 13:11
Bakıda 400 çoxmənzilli binanın istismarına icazə verilməlidir
-
21.02 12:56
Neftçala Sənaye Məhəlləsinə 45 milyon manat investisiya qoyulub
-
21.02 12:43
Yaponiyanın səfiri "Khazar" Avtomobil Zavodunda olub
-
21.02 12:25
Siyavuş Novruzov: “Problemli kreditlərlə bağlı banklar güzəşt etməlidir”
-
20.02 22:35
Azərbaycanda qızıl bahalaşıb
-
20.02 20:20
Əhali bir ayda 3,8 milyard manat qazanıb
-
20.02 19:40
Səhmlərin alqı-satqısında 30 faiz artım var
-
20.02 19:05
Avropa Azərbaycan qazını səbirsizliklə gözləyir
-
20.02 16:35
İranda çərəz qiymətləri kəskin artıb
-
20.02 15:56
PAŞA Bank kiçik sahibkarlara güzəştlər təklif edir
-
20.02 15:48
Ölkədə taxılçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
-
20.02 14:40
Avropa Azərbaycandan qaz idxalını 25 milyard kubmetrə çatdırmaq istəyir
-
20.02 14:29
Avropa Komissiyası: “Trans-Xəzər Boru Kəməri layihəsinə sərmayə qoyulmalıdır”
-
20.02 13:05
Bir ildə minik avtomobili idxalına 408 milyon dollar xərclənib
-
20.02 12:53
Hansı sahələrdə əməkhaqları artıb, hansılarında azalıb ? SİYAHI
-
20.02 12:28
Rövnəq Abdullayev: "Son iki ildə SOCAR ümumi hasilat həcmini artırıb"
-
20.02 11:44
Əmək müqaviləsi bağlamaq üçün tələb olunan sənədlər
-
20.02 11:05
Azərbaycanda indiqə qədər 2,054 milyard ton neft çıxarılıb
-
-
-
16.02 20:22
Pensiyaya çıxmaq üçün daha çox pensiya kapitalı lazım olacaq
-
19.02 11:18
Unibank pensiyaçılara kredit təklif edir
-
19.02 10:13
“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilib
-
15.02 17:00
Əmanətlərin tam sığortalanması daha bir il uzadılır - Qanun müzakirəyə çıxarıldı
-
14.02 11:45
Vergi Ombudsmanı da olacaq
-
14.02 14:37
Bakılılar hər ay ticarətə 700 manat xərcləyib
-
14.02 12:19
Bakıda ən çox tikinti Nəsimi rayonunda aparılır
-
18.02 19:36
Orta aylıq əməkhaqqı ölkə üzrə 544 manat, qeyri-neft sektorunda 488 manatdır
-
18.02 11:28
Bakıda "Vergilər, Şəffaflıq, İnkişaf" adlı forum keçirilir
-
18.02 15:30
Nazir: "İstənilən şəxs özəl pensiya fondu yarada bilər"
-
16.02 15:46
Yeni nəsil nəzarət-kassa aparatları quraşdırılır
-
19.02 21:22
"Gilan" şirkəti "AFB Bank"ı satıb
-
19.02 12:38
Əmanətlər daha bir tam il sığortalanacaq
-
16.02 18:40
Dünyada yeni bank fırıldağı növü yaranacaq - “Sberbank” belə düşünür
-
18.02 13:37
Yanvarda idxal edilən avtomobillərin sayı 2,54 dəfə, dəyəri 2,73 dəfə artıb
-
18.02 19:18
Azərbaycan qaz hasilatını kəskin artırıb
-
15.02 14:42
Milli Məclis pensiyaların minimum məbləğinə baxacaq
-
16.02 10:48
Azərbaycan ötən il Ukraynadan 20 min tondan artıq quş əti idxal edib
-
18.02 19:14
2019-cu ilin yanvarında Azərbaycan iqtisadiyyatı 2,9 faiz böyüyüb
-
19.02 18:02
Əmlak eksperti: "Bakıda binalarda qeydiyyat problemi həll olunacaq”
-