Böyük Vətən müharibəsi iştirakçılarının təqaüdü 150 manata qaldırılıb

15.04.2019 17:41
104
Böyük Vətən müharibəsi iştirakçılarının təqaüdü 150 manata qaldırılıb

Prezident İlham Əliyev “1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.


Ekspress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamla bu şəxlərin təqaüdünün məbləği 121 manatdan 150 manata qaldırılıb.


Sərəncam 2019-cu il aprelin 1-dən tətbiq edilir.

 

Ekspress.az

  • SON XƏBƏR
  • TREND