İstanbulda helikopter qəzasında 4 hərbçi şəhid olub - İstanbul valisi


11.02.2019 22:00
40
İstanbulda helikopter qəzasında 4 hərbçi şəhid olub - İstanbul valisi

İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçi ölüb. 


Ekspress.az Türkiyənin "hurriyet.com.tr" saytına istinadla xəbər verir ki, bunu İstanbul valisi Əli Yerlikaya deyib.

"Qəzada 4 qəhrəman hərbçi dostumuz şəhid olub. Hadisə ilə bağlı araşdırma başlanıb. Bizləri dərin bir acı və üzüntüyə boğan bu olayda həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə və uca millətimizə başsağlığı və səbr diləyirik.


Xatırladaq ki, bu gün axşam saatlarında İstanbulda Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Helikopter yaşayış kompleksi ərazisinə düşüb.

Qeyd edilib ki, helikopter havada 34 dəqiqə qalıb və daha sonra qəzaya uğrayıb.





Açar sözlər:
  • SON XƏBƏR
  • TREND