"Novruz Məmmədovun məlum qərarına dünyanın heç bir yerində rast gəlinməyib"

06.02.2019 23:22
211
"Novruz Məmmədovun məlum qərarına dünyanın heç bir yerində rast gəlinməyib"

"Nazirlər Kabinetinin meşələrlə bağlı son qərarı cəmiyyətdə birmənalı qarşılanmadı. Biz də millət vəkilləri olaraq, parlamentdə bununla bağlı fikirlərimizi bildirməyi nəzərdə tuturduq. Artıq buna ehtiyac qalmadı, cünki ölkə prezidenti cənab İlham Əliyev hökumətin məlum qərarını ləğv etdi. Bu bir daha onu göstərir ki, dövlət başçısı ölkədəki bütün proseslərlə ciddi şəkildə maraqlanır və cəmiyyəti maraqlandıran bütün məsələlərə həssaslıqla reaksiya verir".


Ekspress.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.


Onun sözlərinə görə, Nazirlər Kabinetinin bu yöndə qərarına ehtiyac yox idi. "Ümumiyyətlə, dünyanın heç bir yerində meşələr və meşədə yetişən meyvələrlə bağlı belə bir hala rast gəlinməyib. Dünyanın heç yerində belə bir məsələ yoxdur. Əksinə, biz vətəndaşlarımıza təşəkkür etməliyik ki, onlar meşədən yığdıqları meyvə məhsulları ilə ölkənin bazarlarını təmin edir, həmin məhsulları bazara çıxarıb satmaqla, qazanc əldə edir, dolanışığını təmin edir. Odur ki, indi həmin məhsulların yığılmasına cərimə tətbiq edilməsi heç bir halda anlaşılan və qəbuledilən olmazdı. Ölkə prezidenti də cəmiyyətin bu məsələ ilə bağlı həssaslığını nəzərə alaraq, çox düzgün qərar qəbul etdi və məlum qərarı ləğv etdi”, - deyə Aydın Mirzəzadə bildirib.

  • SON XƏBƏR
  • TREND