"Qara dəniz Rusiyaya məxsus deyil" - Britaniyadan Moskvanı qəzəbləndirən addım

06.01.2019 22:09
248
"Qara dəniz Rusiyaya məxsus deyil" - Britaniyadan Moskvanı qəzəbləndirən addım

Böyük Britaniya baş naziri Qeyvin Uilyamson bəyan edib ki, Qara dəniz Rusiyaya məxsus deyil.


Ekspress.az "oxu.az"a istinadla bildirir ki, bunu o, ukraynalı həmkarı Stepan Poltorakla görüşü zamanı deyib.


Britaniya Kral Donanması gəmisinin Odessa limanına yan almasından danışan Uilyamson bildirib ki, məqsəd ilk növbədə ölkəsinin Ukrayna ilə həmrəy olmasını göstərməkdir.


"Ukrayna tək deyil. London həmçinin Odessa və digər limanlara daxil olmaq hüququnu göstərmək istəyir. Çünki Qara dəniz beynəlxalqdır", - deyə o vurğulayıb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND