Zaqatala çayı Parisdə tanıdılacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti 27-29 sentyabr tarixlərində Fransanın paytaxtında təşkil olunacaq “Parisdə beynəlxalq çay kəndi” (“Village des thés”) tədbirində iştirak edəcək.
Ekspress.az xəbər verir ki, ASC-nin tədbirdə iştirakı Azərbaycanın Fransadakı səfirliyi, Fransada Azərbaycanın Dostları Assosiasiyası, eləcə də Paris Azərbaycan Evi təşkilatının dəstəyi ilə baş tutacaq.
“Parisdə çay kəndi” festivalında iştirakın əsas məqsədi Azərbaycan çay mədəniyyətinin, yerli istehsal olan qida məhsullarının, o cümlədən “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayının ölkədən kənarda tanıdılması və yeni beynəlxalq əlaqələrin yaradılmasıdır. Parisdə Saint Sulpice meydanında keçiriləcək beynəlxalq festivalda Zaqatala çayı ilə bərabər digər yerli çay növləri, həmçinin, çaya əlavə edilən yerli ədviyyatlar, müxtəlif şirniyyatlar və quru meyvələr sərgilənəcək. Festivalda Zaqatala çayının və digər ədviyyatlı çayların, qida məhsullarının dequstasiyası da təşkil olunacaq.
Festival çərçivəsində ATT nümayəndə heyəti ixrac potensialı böyük olan yerli istehsal məhsulların ixracına dəstək məqsədi ilə müxtəlif görüşlər həyata keçirəcək. ATT nümayəndə heyətinin tərkibində “Zaqatala çayı” istehsalçısı fermer də festival çərçivəsində keçirilən görüşlərdə iştirak edəcək. Bu da qurumun kiçik və orta fermer təsərrüfatı sahiblərinin və yerli qida istehsalçılarının dostu olduğunun bariz nümunəsidir. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC əsas vəzifələri ilə bərabər, həmçinin nizamnaməsindən irəli gələrək yerli qida istehsalçılarını məhsullarını ixrac etməyə təşviq edir və onların xarici bazarlara çıxmasına yardımçı olur. Bu günə qədər ATT-nin dəstəyi ilə yerli fermerlər Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Ukrayna, Rusiya, Nigeriya kimi ölkələrə məhsul ixrac ediblər.
Qeyd edək ki, “Parisdə beynəlxalq çay kəndi” tədbirinin açılış mərasimi 27 sentyabr 2019-cu il tarixində Parisin 6-cı rayonunun icra hakimi Jan Piyer Lökokun (Jean-Pierre Lecoq) və bir çox siyasi-ictimai xadimlərin iştirakı ilə baş tutacaq. (unikal)
Ekspress.az
-
-
21.10 14:21
Azərbaycanda qızıl BAHALAŞACAQ
-
21.10 13:01
Azərbaycanda hotellərin gəlirləri artıb
-
21.10 11:15
Bakıda Azərbaycan-İsveçrə biznes forumu keçirilir
-
18.10 19:32
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır
-
16.10 09:00
Azərbaycan nefti ucuzlaşdı
-
12.10 12:21
12 sığorta şirkəti yarımillik maliyyə hesabatını açıqlamayıb - MONİTORİNQ
-
10.10 09:10
Qızılın qiyməti kəskin düşə bilər
-
09.10 09:07
Azərbaycan qlobal rəqabət reytinqində 11 pillə irəliləyib
-
08.10 18:13
Rusiya və Türkiyə dollardan İMTİNA ETDİ
-
08.10 17:32
Oktyabrın 9-na MANATIN MƏZƏNNƏSİ
-
08.10 10:20
17 min manat qorunmayan əmanətlərin qaytarılmasına başlanılır
-
07.10 22:00
Fazil Məmmədovun bankı iflasa uğradı: Yüksək vəzifəli şəxslərə görə...
-
07.10 09:10
Azərbaycan nefti cüzi ucuzlaşdı
-
03.10 16:00
İpoteka kreditlərinin sayı 27 minə çatıb
-
03.10 15:33
"Bazarların monitorinq edilməsinə ehtiyac var" - QİYMƏT ARTIMI
-
02.10 17:51
Oktyabrın 3-nə manat və dolların məzənnəsi
-
02.10 09:25
Yeni fond yaradıldı - Baş nazirdən qərar
-
01.10 18:30
Oktyabrın 2-nə MANATIN MƏZƏNNƏSİ
-
30.09 14:46
Avtomobillərin texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu artırılıb
-
30.09 09:55
Maliyyə Nazirliyi 189 min manatlıq məsləhət xidməti alır
-
-