"ABŞ-ın İrana qarşı sanksiyalarından ən çox İraq əziyyət çəkəcək"

05.01.2019 16:26
296
"ABŞ-ın İrana qarşı sanksiyalarından ən çox İraq əziyyət çəkəcək"



ABŞ-ın İrana qarşı sanksiyalarından ən çox İraq əziyyət çəkəcək.


Ekspress.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İraq Neft Nazirliyinin nümayəndəsi Asem Cihad məlumat verib.


"Bu sanksiyalardan ən çox İraq əziyyət çəkəcək. Çünki İraq, əsasən, İranın qaz və elektrik enerjisinə bel bağlayır və onların dayandırılması nə hazırda, nə də yaxın gələcəkdə alternativ variantın olmayacağı deməkdir" - deyən A.Cihadın sözlərinə görə, ölkələr neft bazarında balansın idarə olunması üçün digər müqavilələr istiqamətində hərəkət etmək məqsədilə qüvvələrini birləşdirməlidirlər: "6 ayda hasilatın 1,2 milyon barel azaldılması ilə bağlı OPEC-in toplantısıdakı son razılaşma neft bazarını idarə etmək üçün həll yollarından biridir. Müvafiq olaraq, İraq hər hansı bir dövlətin blokadaya salınmasından fayda qazanmağı düşünmür və bu fikirdən çox uzaqdır".


Qeyd edək ki, ötən il noyabrın 5-də ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, sanksiyalar 700-dən çox hüquqi və fiziki şəxsə, İranın gəmilərinə və təyyarələrinə qarşı tətbiq olunub.

Açar sözlər: