• 24 °C Gəncə
  • 23 °C Yevlax
  • 23 °C Naxçıvan
  • 23 °C Bakı
  • 23 °C Quba

ATƏT sədri: "Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam"


13.03.2019 14:29
81
ATƏT sədri: "Qarabağ münaqişəsinin həlli üçün həmsədrlərin fəaliyyətinə dəstəyimi artıracağam"

“Çoxlu çağırışlar var, prosesə müsbət təkan verəcək əsas da var”.


Ekspress.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.


Onun sözlərinə görə, Slovakiyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin həlli yollarının axtarılmasına və həmsədrlərinin fəaliyyətinə dəstəyini artıracaq: “Məqsədimiz gələcəyin təhlükəsiz qurulmasıdır. Slovakiyanın sədrliyi başlayan kimi bölgəyə səfər etdim ki, insanları dinləyim, vəziyyətlə tanış olum. Etimad mühitinin yaradılması, əhalinin sülhə hazırlanması, görüşlərin davam etməsi vacibdir" (report). M.Layçak Azərbaycan-Ermənistan sərhədində zorakılıq hallarının azalmasını alqışlayıb.


Qeyd edək ki, M.Layçak martın 5-də Azərbaycanda səfərdə olub.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND