Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq


11.07.2019 14:43
37
Azərbaycanda Əməyin Mühafizəsi Fondu yaradılacaq
Bu günədək Azərbaycanda əmək qanunvericiliyinin prinsiplərinə ənənəvi yanaşma mövcud olub, amma Beynəlxalq Əmək Təşkilatının təklif etdiyi konsepsiya özündə fəal yanaşma və strateji həll yolları ehtiva edir.


Ekspress.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.


Onun sözlərinə görə, bu konsepsiyaya uyğun olaraq yaxın zamanlarda Əməyin Mühafizəsi Fondu yaradılacaq.


Nazir müavini bildirib ki, bu, işəgötürənlərlə fəal iş aparmağa imkan verəcək, eləcə də işçi kadrların hazırlanmasına, maarifləndirmə işlərinin təkmilləşməsinə töhfə verəcək (Trend).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND