• 22 °C Bakı
  • 22 °C Quba
  • 29 °C Gəncə
  • 26 °C Yevlax
  • 14 °C Naxçıvan

Putin Rusiyanın enerji doktrinasını təsdiq edib

14.05.2019 19:37
32
Putin Rusiyanın enerji doktrinasını təsdiq edib

Rusiya Prezidenti Vladimir Putin ölkənin yeni enerji təhlükəsizliyi strategiyasını (doktrina) təsdiq edib.

Sənəd Rusiyanın enerji təhlükəsizliyinə dair dövlət siyasətində əsas ünsürləri əhatə edir. Strategiyada Rusiyanın beynəlxalq enerji təhlükəsizliyinə istiqamətlənən layihələrdə iştirakının xarici ölkələr tərəfindən məhdudlaşdırıldığı qeyd olunur.


Bəzi xarici ölkə və təşkilatların, xüsusilə neft və təbii qaz sektorunda Rusiyanın iştirak etdiyi layihələrə müxalif olduğu qeyd edilən sənəddə rus şirkətlərin qlobal enerji bazarında məruz qaldığı “ayrı-seçkiliyin” aradan qaldırılmasının vacibliyi vurğulanır (Azərtac).


Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyi ölkələri ilə inteqrasiyanın inkişaf etdirilməsinin vacibliyinin bildirildiyi sənəddə BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını özündə birləşdirən təşkilat), Şanxay Əməkdaşlıq Təşkilatı, Qaz İxrac Edən Ölkələr Forumu və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd edilir.


Rusiyanın maye təbii qaz (LNG) sektorunun da inkişafının vacibliyi qeyd olunan sənəddə enerji tarazlığında karbohidrogen ehtiyatların istehlakının azaldığı və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND