Uşaqlara bəzi adların qoyulmasının qarşısı alınıb SİYAHI

03.06.2019 14:29
50
Uşaqlara bəzi adların qoyulmasının qarşısı alınıb SİYAHI

“May ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 70 müraciətə baxılıb”.


Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.


Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 42 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.


Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb:


“Valideynlər tərəfindən övladlarına İşbilir, Xunkar, Lili, Xublar, Çaymaz, Ahilə, Cicəbacı, Fəqir, Aylar, Cəzb, Aliza, İttifaq, Əhdiyyə, Bəkapa, Aykul, Zeyna, Uruzar, Köntoy, Kələş, Qızılquş, Qəsidə, Qətl adlarının qoyulması qadağan edilib. Valideynlər bu adlarla öz uşaqlarına fərqli bir ad seçdiklərini düşünürlər” (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND