ABŞ Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir

02.03.2019 09:09
267
ABŞ Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir

Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir.


Ekspress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir.


Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.


Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir (report). Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.


PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.


Ekspress.az

Açar sözlər: