"Çelsi" 5 futbolçu ilə vidalaşıb, İquain "Yuventus"a dönüb

01.07.2019 13:34
119
"Çelsi" 5 futbolçu ilə vidalaşıb, İquain "Yuventus"a dönüb

İngiltərənin "Çelsi" klubu 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.


Bunlar qapıçılar Robert Qrin ilə Eduardu Karvalyu, müdafiəçi Qari Kehil, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonzalo İquaindir.


İquaindən başqa digər 4 oyunçunun London təmsilçisi ilə sözləşməsi başa çatıb. Argentinalı forvadın isə icarə müddəti bitib (report). "Çelsi" onunla yeni saziş bağlamayıb və İquain müqavilə ilə məxsus olduğu İtaliyanın "Yuventus" klubuna qayıdıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND