Oyuncaqları bu uşağı milyonçuya çevirdi - MARAQLI

05.01.2019 17:29
207
Oyuncaqları bu uşağı milyonçuya çevirdi - MARAQLI

Şəxsi “Youtube” kanalında oyuncaqları şərh edən uşaq milyonçuya çevrildi.


Ekspress.az xəbər verir ki, BBC-nin məlumatında bildirilir ki, “Forbes”in dəyərləndirməsinə görə, amerikalı 8 yaşlı Rayan “Youtube”da ən çox qazanan videobloqer statusuna sahiblənib.


Məlumata əsasən, Rayan özünün “Ryan ToysReview” kanalındakı paylaşımları sayəsində özündən əvvəlki lider Ceyk Poldan 500 min dollar çox qazanaraq, 22 milyon dollar gəlirlə ilk pilləyə yüksəlib.


Siyahıda 3-cü yerdə 20 milyon dollar gəlirlə “Dude Perfect” kanalı qərarlaşıb.


Qeyd olunur ki, Rayan və valideynləri “Ryan ToysReview” kanalında hər gün müxtəlif oyuncaqlarla bağlı şərh paylaşırlar.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND