Kapital Bank Fərdi Bankçılıq bölməsini istifadəyə verib

11.02.2019 15:57
110
Kapital Bank Fərdi Bankçılıq bölməsini istifadəyə verib

Kapital Bank Mərkəz filialı yeni ünvana köçürülüb və filial nəzdində yeni Fərdi Bankçılıq bölməsi istifadəyə verilib. Filial Bakı şəhəri, Bülbül prospekti 60 ünvanında (Gülüstan Resedence) fəaliyyət göstərir.


Ekspress.az banka istinadən xəbər verir ki, Mərkəz filialının Fərdi Bankçılıq bölməsi ənənəvi bank xidmətləri ilə yanaşı bir sıra yeni xidmətlər də göstərəcək: bank əməkdaşı ilə əvvəlcədən danışılmış görüş vaxtı, ödəniş kartlarının və digər bank sənədlərinin ünvana çatdırılması, şəxsi assistent xidməti, konsyerj vasitəsilə bir sıra xidmətlərin sifarişi, aviabilet və otellərin bron edilməsi və s. Yeni bölmə müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.



  • SON XƏBƏR
  • TREND