Fransa yenə qarışdı - "Sarı jiletlilər" polisi daş-qalaq etdi

12.01.2019 21:05
132
Fransa yenə qarışdı - "Sarı jiletlilər" polisi daş-qalaq etdi

Fransada "sarı jiletlilər"in növbəti etiraz aksiyası keçirilir.


Ekspress.az xarici saytlara istinadla xəbər verir ki, minlərlə etirazçı paytaxt Parisdə küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndirib.


Təkcə Parisin küçə və meydanlarına 8 min etirazçının çıxdığı bildirilir.


Ümumilikdə, ölkənin müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarında 32 min nəfər iştirak edir.


Parisdə əraziyə cəlb olunan polis əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma baş verib. "Sarı jiletlilər" polisləri daşa basıblar. Nəticədə asayiş keşikçiləri bibər qazından istifadə edib. Məlumata görə etirazlar zamanı 53 nəfər saxlanılıb.


Xatırladaq ki, "sarı jiletlər" adı verilən aksiyalara hökumətin yanacağın qiymətini artırmaq barədə qərarından sonra start verilib və hər həftənin şənbə günü keçirilir.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND