"MiQ-29 suyun üzərinə düşərkən parçalanıb" - Axtarışlar davam edir


14.08.2019 11:28
116
"MiQ-29 suyun üzərinə düşərkən parçalanıb" - Axtarışlar davam edir

“Hazırda pilotun axtarışları sürətlə davam etdirilir. Əvvəlki günlərlə müqayisədə bu gün hava şəraiti normaldır və axtarışlara mane olmur” 


Ekspress.az xəbər verir ki, MiQ-29 təyyarəsi ilə qəzaya uğrayaraq Xəzər dənizinə düşən pilot Rəşad Atakişiyevin qaynatası, tanınmış politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hazırda axtarış yerində gəmilər, texnikalar və dalğıclar işləyir: "Təyyarənin yeri müəyyən edilib.


Təyyarə suyun üzərinə düşərkən parçalanıb. Onun parçaları yığılır. Amma pilotu və təyyarənin "qara qutu"sunu tapa bilmirlər. Axtarışlar davam edir”. 


Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. 


MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. (azvision)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND