Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatdı - FAKTİKİ HAVA

07.10.2019 17:20
50
Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Ekspress.az -a bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib.


Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.


  • SON XƏBƏR
  • TREND