Bakı-Tbilisi-Qars üçün gətirilən qatar Türkiyəyə çatıb

23.03.2019 12:08
338
Bakı-Tbilisi-Qars üçün gətirilən qatar Türkiyəyə çatıb

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttində Bakı-Ankara-Bakı reysi üzrə hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Türkiyəyə çatıb. İsveçrənin “Stadler” şirkətinə məxsus qatarlar 6 gün ərzində Türkiyəyə çatdırılıb.


Bakı-Ankara reysi üzrə gecə səfərləri edəcək qatarda 9 yataqlı vaqon və 1 yemək vaqonu olacaq (report).


Lokomotiv vasitəsi ilə hərəkət etdirilərək gətirilən vaqonlar Azərbaycana yola salınacaq.


Qeyd edək ki, BTQ üzrə Bakı-Ankara-Bakı reysi 2019-cü ilin sonunda fəaliyyətə başlayacaq.


Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND