• 25 °C Bakı
  • 22 °C Quba
  • 23 °C Gəncə
  • 22 °C Yevlax
  • 22 °C Naxçıvan

Xırdalanda qadın sürü ilə küçə itləri saxlayır - SƏBƏB + GÖRÜNTÜLƏR

25.04.2019 15:57
91
Xırdalanda qadın sürü ilə küçə itləri saxlayır - SƏBƏB + GÖRÜNTÜLƏR

Abşeron rayonunun Xırdalan şəhərinin 26-cı məhəlləsində qadın küçədə it sürüsü saxlayır.

 

Ekspress.az xəbər verir ki, bu haqda məhəllə sakinləri məlumat verib. Sakinlər bildirib ki, məhəllədə yaşayan orta yaşlı qadın küçə itlərini öz həyətində yox, elə küçədə saxlayır, onları yemləyir. İtlər isə hamısı xəstəlik daşıyıcısıdır.

 

Sakinlər bildirib ki, küçədə sürü ilə gəzən itlər mütəmadi olaraq bu qadının evinin ətrafında gəzişir, məhəllədən keçən uşaq-böyük hər kəsə hücum edir. Hətta bir neçə azyaşlı itlərin əlindən son anda xilas edilib.

 

Abşeron rayon icra hakimiyyətindən bildirilib ki, onlar bu məsələdən məlumatlısa olsalar da, heç bir tədbir görmək səlahiyyətində deyillər.

 

Sakinlər onu da əminliklə bildirir ki, məhəllədə dolaşan küçə itlərinin heç birinə vaksinasiya edilməyib və itlər müxtəlif xəstəliklərin daşıyıcısıdır: "Bunu itlərə baxdıqda dərhal bilmək olur. Onların əksəriyyəti yara-xoradır və tükləri tökülüb. Hətta bəziləri o qədər xəstədir ki, yatdıqları yerdə ölürlər” (bakupost).


Sakinlər deyir ki, itləri sürü ilə məhəllədə saxlayan qadına bu barədə dəfələrlə irad bildirsələr də, qadın onları tutdurmaqla hədələyir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND