• 5 °C Bakı
  • -4 °C Quba
  • -1 °C Gəncə
  • -1 °C Yevlax
  • -4 °C Naxçıvan

Avropa İttifaqı "Brexit"dən sonrakı vəziyyəti müzakirə edəcək

07.01.2019 20:59
72
Avropa İttifaqı "Brexit"dən sonrakı vəziyyəti müzakirə edəcək

Mayın 9-da Rumıniyanın Sibiu şəhərində keçiriləcək Avropa İttifaqının qeyri-rəsmi zirvə görüşü Böyük Britaniyanın üzvlüyü tərk etməsindən sonra təşkilatın və Avropa demokratiyasının gələcəyinə həsr olunacaq.


Ekspress.az TASS-a istinadla xəbər verir ki, bu barədə Brüssel şəhərindəki brifinq zamanı Avropa Komissiyasının baş sözçüsü Marqaritis Sçinas bildirib.


Onun sözlərinə görə, zirvə görüşü Böyük Britaniyanın martın 29-da Aİ-dən çəkilməsindən sonra, eyni zamanda mayın 23-26-da Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində baş tutacaq.

Xatırladaq ki, Rumıniya yanvarın 1-dən iyunun 30-dək Aİ Şurasına sədrlik edəcək.


May ayında keçiriləcək seçkilər nəticəsində Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasət üzrə ali təmsilçisi Frederika Mogerini, həmçinin Avropa Şurasının sədri Donald Tusk əvəzlənəcəklər.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND