3 yaşlı Zəhranı qaçıran ONU KÜÇƏDƏ DİLƏNDİRİB (VİDEO)

07.06.2019 10:25
216
3 yaşlı Zəhranı qaçıran ONU KÜÇƏDƏ DİLƏNDİRİB (VİDEO)

Xəbər verdiyimiz kimi, iki gün əvvəl itkin düşmüş və bu gün tapılmış 3 yaşlı Zəhra Bağırzadə ailəsinə təhvil verilib. Uşaq yaşadığı evə gətirilib.


Ekspress.az xəbər verir ki, 3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadın Masallı rayon sakini Təzəgül Nəzərovadır. O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.


Həmin qadın dilənçiliklə məşğuldur.


Videodan da göründüyü kimi, həmin qadın evlərinin önündən qaçırdığı Zəhrayla birlikdə küçədə dilənir (unikal.org).



Ekspress.az