Biləcəridə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

20.04.2019 20:12
378
Biləcəridə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq


Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq aprel ayının 20-dən 21-nə keçən gecədən etibarən 21-i axşam saatlarınadək Binəqədi rayonu, Biləcəri qəsəbəsi Xurşudbanu Natəvan küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.


Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.


Bildirilib ki, sözügedən küçəyə avtonəqliyyat vasitələrinin daxil olması Yəhyə Hüseynov və Rəşid İsmayılov küçələri ilə kəsişmədən məhdudlaşdırılmaqla alternativ olaraq sözügedən küçələrə yönəldiləcək.


Sözügedən ərazidə sıxlıq yaşanması deyə məhdudlaşmanın tətbiq edildiyi ərazidə yaşayan vətəndaşların avtonəqliyyat vasitələrindən başqa digər avtomobillərin sürücülərindən alternativ göstərilən yollardan istifadə etmələri xahiş olunur.


Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND