Uşaqlarda yaddaşı gücləndirən qidalar

21.01.2019 11:33
2868
Uşaqlarda yaddaşı gücləndirən qidalar

Son vaxtlar valideynlər daha çox uşaqların yaddaşının, zehni qabiliyyətinin zəifləməsindən şikayət edir. Mütəxəssislər bir sıra qida məhsullarının uşaqlarda yaddaşın möhkəmlənməsinə xidmət etdiyini bildirir.


“Ekspress.az” Rusiyanın KİV-lərinə istinadla xəbər verir ki, tədqiqatlar nəticəsində bir sıra qida məhsullarının uşaqların intelektual bacarıqlarının artmasında əvəzsiz olduğu müəyyən edilib.  


Balıq. Ən azı həftədə 1 dəfə balıq yeyən uşaqlar digərlərinə nisbətən daha yüksək intellekt əmsalına malikdir. Mütəxəssislər balığı uşaqların qida rasionuna daha erkən yaşda daxil etməyi məsləhət görür. 2 yaşlı uşaqların qida rasionunda balıq mütləq olmalıdır. Bu baxımdan balıq yağının verilməsi də müsbət effekt verir. 


Yumurta. Yumurtanın sarısında olan kolin maddəsi bədənin qidalanması, yaddaşın möhkəmlənməsi, zehni qabiliyyətinin inkişafı üçün önəmlidir.


Giləmeyvələr. Giləmeyvələr yaddaş və beynin idrak funksiyasını təkmilləşdirir.


Yerfındığı. Bu qurumeyvənin tərkibində beynin sinir membranlarını qoruyan antioksidant var. Yerfındığı E vitaminin mənbəyi hesab olunur.


Rəngli tərəvəzlər. Tərkibində antioksidant maddələr vardır. Yeniləyici funksiyaya malikdir.


Kəpəkli taxıl məhsulları. Tərkibində qlükoza olduğuna görə beyinin normal funksiyası üçün vacibdir.


Paxlalılar. Paxlalıların tərkibində zülal və kompleks karbohidratlar var. Paxlalılara aid olan yaşıl noxud bədənə enerji verir və yaddaşı möhkəmləndirir. Ümumiyyətlə, paxlalılar beynin normal fəliyyəti ilə bərabər intellektual səviyyənin artmasına müsbət təsir edir.


Qoz. Qoz həm omeqa-3, həm də sinklə zəngindir. Bu xüsusiyyətləri özündə cəmləşdirdiyi üçün güclü yaddaş qoruyucusu hesab olunur. Qoz yağı əsəb sinirlərini sakitləşdirir, tük tökülməsinin qarşısını alır.