İranlı deputatlar konstitusiyaya yenidən baxılmasını istəyirlər

27.05.2019 16:13
43
İranlı deputatlar konstitusiyaya yenidən baxılmasını istəyirlər


İran parlamentinin deputatları İran ali dini lideri Ayətullah Xameneiyə konstitusiyaya yenidən baxılmasına dair məktub ünvanlayıblar.


Bunu İran parlamentinin nümayəndəsi İzzətullah Yusifian Məla deyib. 


Onun sözlərinə görə, konstitusiyaya yenidən baxılmasını istəyən və məktubu imzalayan deputatların sayı 200-dən artıq olarsa, məktub ali dini liderə göndəriləcək:


“İndiyədək bu məktubu müxtəlif siyasi partiya və cərəyanlardan olan 150 deputat imzalayıb”.


İran konstitusiyasına görə, İran parlamentinin konstitusiyaya yenidən baxılması üçün heç bir səlahiyyəti yoxdur. Yalnız ali dini liderin belə fərman imzalamaq hüququ var.


Qanuna görə, ali dini lider Məsləhət Şurası Assambleyası ilə məsləhətləşmədən sonra konstitusiyada dəyişiklik və ya əlavələr haqqında “Konstitusiyanın yenidən baxılması şurası”na göstəriş verir. 


Qeyd edək ki, son vaxtlar İran prezidenti Həsən Ruhani prezident səlahiyyətlərinin daha da artırılmasını istəyib. 

Deputat İ. Yusifian Məla bildirib ki, əgər kimsə konstitusiyada göstərilən çərçivədən kənar səlahiyyətlər istəyirsə, o zaman konstitusiyada dəyişiklik edilməlidir (ONA).


Deputat məktubda həmçinin “baş nazir” vəzifəsinə ehtiyac olmaqla, eləcə də hazırkı parlamentlə yanaşı, senat formatında “Böyük Məclis” adlı bir məclisin fəaliyyəti ilə bağlı təkliflər irəli sürüldüyünü deyib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND