Milyarderlər ən çox bu şəhərlərdə yaşayır - SİYAHI

18.07.2019 15:45
122
Milyarderlər ən çox bu şəhərlərdə yaşayır - SİYAHI

Milyarder sakinlərinin sayına görə dünyada lider şəhərlər arasında birinci yeri Nyu-York tutur.


Ekspress.az xəbər verir ki, "Savills” əmlak şirkətinin apardığı araşdırmalara görə, bu şəhərdə 85 milyarder yaşayır. İkinci yerdə olan Honq-Konqda 79, üçüncü sıradakı Moskvada isə 71 milyarder yaşayır. İlk beşlikdə Pekin (61 nəfər) və London (55 nəfər) da var.


Milyarderlərin böyük əksəriyyəti (83 faizi) kişidir və onların 89 faizi evlidir, orta hesabla üç övlad atasıdır. Dünya milyarderlərinin 28 faiziABŞ-ın payına, 15 faizi isə Çinin payına düşür.


Qeyd olunur ki, milyarder sakinlərinin sayına görə öndə olan şəhərlər həm də elit səviyyəli daşınmaz əmlakın qiymətlərinə görə də öncül yerdədir. Məsələn, bu göstəriciyə görə dünya lideri olan Honq-Konqda daşınmaz əmlak qiymətləri bir kvadratmetrə 93 min ABŞ dollarınadək hesablanır (bakupost).


Ekspress.az