Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY

04.10.2019 14:00
149
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY

Salyanda bank hesablarından pul oğurlayan şəxs saxlanılıb. 


 Ekspress.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.


Belə ki, Salyan Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.


Ətrafında aparılan tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının da bank hesabından 1300 manat çıxararaq oğurlaması müəyyən edilib. (unikal)


Ekspress.az

Açar sözlər: