“Əsrin müqaviləsi” dövlətçiliyimizin əbədiliyinə zəmanətdir” - Novruz Məmmədov

“Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir”.
Ekspress.az xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “Twitter” səhifəsində yazıb.
Baş Nazir qeyd edib ki, 25 il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb: “Bu tarixi hadisənin baş tutmasında Ulu Öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu. Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsini vermiş oldu”.
N.Məmmədovun sözlərinə görə, 25 illik uğurlu əməkdaşlıq bir daha onu göstərdi ki, 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət nümunələri yaradan Azərbaycan xalqı etibarlı tərəfdaşdır və qlobal əhəmiyyətli bu layihənin tərəfdaşlarla birgə icrasını davam etdirmək zəruridir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizə misilsiz uğur qazandıran bu müqavilənin müddəti XXI əsrin ortalarına qədər uzadıldı. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə Azərbaycan Respublikası və onun neft-qaz sənayesi əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək!”. (unikal)
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-