Özəl şirkət devalvasiyaya görə metropolitendən kompensasiya tələb edir

25.06.2019 22:25
159
Özəl şirkət devalvasiyaya görə metropolitendən kompensasiya tələb edir


İyunun 3-də Bakının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi "Safe Life" MMC-nin altı illik müqavilə üzrə "Bakı Metropoliteni" MMC-yə qarşı iddiasını qismən təmin edib.

 

Şirkət satılan yanğınsöndürmə avadanlıqları, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında onların quraşdırılması və digər işlər üçün "Bakı Metropoliteni" MMC-dən 1 milyon manatdan artıq vəsait tələb edir. Bu müqavilə çərçivəsində metropolitenin borcunun həcmi 300,4 min manat təşkil edib (turan.az). Amma "Safe Life" şirkəti dəyən zərər kimi 135,2 min manat, itirilmiş mənfəət üzrə 270,4 min manat və 2015-ci ildə manatın devalvasiya nəticəsində dəyən zərərə görə müqavilə məbləğinin qalığına bərabər məbləğ tələb edir.


Ekspress.az