Əhalisinin təhsil səviyyəsi yüksəlir: 15 yaşdan yuxarı olanların 97,2 faizi təhsillidir

21.01.2019 18:42
58
Əhalisinin təhsil səviyyəsi yüksəlir: 15 yaşdan yuxarı olanların 97,2 faizi təhsillidir

Azərbaycan əhalisinin təhsil səviyyəsi ilbəil artır. Ekspress.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.  


İlkin məlumatlara əsasən, 2019-cu il yanvarın 1-i   vəziyyətinə ölkədə fəaliyyət göstərən 1680 dövlət və 105 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 124 mindən çox uşaq tərbiyə alır.  


2018/2019-cu tədris ilinin əvvəlinə ölkənin 4410 dövlət və   28 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,6 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilən xüsusi siniflər fəaliyyət 

göstərib.

  

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 15,2 faiz olub. 

 

2018/2019-cu tədris ilinin əvvəlinə şagirdlərinin sayı 56,2 min nəfər olan 110 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib.

  

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 584 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 98,2 min nəfər şagird təhsil alır. 

2018-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 82,8 min nəfər məzundan 80,9 min nəfəri və ya 97,7 faizi tam orta təhsil haqqında attestat alıb.

 


Açar sözlər:
  • SON XƏBƏR
  • TREND