Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

05.06.2019 19:41
94
Canni İnfantino yenidən FIFA-nın prezidenti seçilib

Canni İnfantino yenidən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti seçilib.


Parisdə keçirilən konqresdə FIFA-ya üzv olan 211 federasiyanın nümayəndələri C.İnfantinonun namizədliyini dəstəkləyiblər.


Bununla da 49 yaşlı C.İnfantinonun səlahiyyət müddəti 2023-cü ilədək uzadılıb.


Seçkidə C.İnfantino yeganə namizəd kimi iştirak edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND