Bakıda FACİƏ - 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü


10.09.2019 10:41
104
Bakıda FACİƏ - 4 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda azyaşlı 8-ci mərtəbədən yıxılıb ölüb.


Ekspress.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Adil Əlbabayev küçəsi ev 1, mənzil 16-da baş verib.


Bakı şəhər sakini, 2015-ci il təvəllüdlü Almədədov Qiyas Füzuli oğlu binanın 8-ci mərtəbəsində yerləşən həmin mənzilin yataq otağının pəncərəsindən yıxılıb.


Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb. (trend)

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND