Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır

18.10.2019 19:32
217
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fondu 10% artırılır

2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin ehtiyat fondunun 110 milyon manat olması nəzərdə tutulub.


Ekspress.az bu barədə gələn ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.


Sənədlərə əsasən, bu, 2019-cu illə müqayisədə 10% çoxdur.


Gələn il ölkə Prezidentinin ehtiyat fondunun builki qədər - 300 milyon manat olması planlaşdırılır. (report)


Ekspress.az