Gürcüstanın Azərbaycana 7,43 milyon dollar borcu var

10.05.2019 20:36
160
Gürcüstanın Azərbaycana 7,43 milyon dollar borcu var

Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7 milyon 435 min dollar təşkil edib.

 

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

 

Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

 

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 13 milyon 323 min dollar azalaraq 5 milyard 375 milyon 651 min dollar təşkil edib. Bu məbləğin 5 milyard 209 milyon 360 min dolları hökumətin payına düşür.

 

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. Bu siyahıya Almaniya (317 milyon 830 min dollar), Fransa (246 milyon 510 min dollar) və Yaponiya (210 milyon 691 min dollar) daxildir (report).

 

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14 milyon 273 min dollar, 58 milyon 773 min dollar və 8 milyon 305 min dollar təşkil edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND