Paytaxtda it azyaşlının üzünü parçalayıb - FOTO

21.04.2019 16:46
396
Paytaxtda it azyaşlının üzünü parçalayıb - FOTO


Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.


Hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.


İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.


Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.


Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND