"Qarabağ” növbəti mərhələdə

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.
Ekspress.az xəbər verir ki, bu, I təsnifat mərhələsinin “Partizani” ilə cavab oyunundan sonra rəsmiləşib.
Bir həftə əvvəl Albaniyada keçirilən ilk qarşılaşmada qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri “Dalğa Arena”da baş tutan bugünkü görüşdə mütləq qalib gəlməli idi. Çempionumuz bu vəzifənin öhdəsindən gəlib.
Düzdür, “Qarabağ” rəqibin müqavimətini qırmaqda uzun müddət çətinlik çəkib. Ağdamlılar yalnız ikinci hissədə istəyinə çata bilib.
Filip Ozobiçin hissənin əvvəlində vurduğu top qonaqların müqavimətini qırıb. Oyunun sonunda isə Dani Kintana ikinci qolu vurub. Bu iki top həm görüşün, həm də cütün taleyinə aydınlıq gətirib. 2:0 hesablı qələbə “Qarabağ”ı növbəti mərhələyə daşıyıb. Burada isə komandamızın rəqibi hazırda davam edən “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) oyununun güclüsü olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab matçları 30-31-də baş tutacaq.
Ekspress.az
-
-
21.10 15:05
Güləşçilərimiz beynəlxalq turnirdə iki medal qazandılar - FOTO
-
17.10 12:23
Daha bir boksçu rinqdə öldü (VİDEO)
-
17.10 09:00
Dünya çempionatının ilk günü - iki cüdoçumuz medal qazandı
-
14.10 11:32
Dennis Higler səhvini etiraf edib, üzr istədi
-
14.10 10:55
Məşqçimiz hakim biabırçılığı haqda: Bizə dedi ki...
-
14.10 10:36
Millimiz son dəqiqədə qol vurdu: Hakim saymadı - VİDEO
-
14.10 10:20
Millimiz Macarıstana uduzdu
-
12.10 11:53
Türkiyə çətin qələbə qazandı, İngiltərə uduzdu
-
12.10 09:36
Keçmiş çempion karyerasını dəyişdi - Başqa idmana keçdi
-
10.10 16:00
Millimizin türk məşqçisi istefaya göndərildi, rusiyalı gətirildi
-
10.10 09:50
Xorvatiya Macarıstanı, Slovakiya Uelsi qəbul edəcək - AFİŞA
-
09.10 18:47
“Barselona”dan ayrılmağı düşünürdüm” – Messi
-
09.10 16:57
"Zirə"yə yeni baş məşqçi təyin olundu
-
08.10 14:22
AFFA “Neftçi”ni cəzalandırdı
-
08.10 11:32
“Formula 1” üçün bilet satışına endirimlərə START
-
08.10 10:00
Teymur Rəcəbov İlham Əliyevə və Mehriban xanıma təşəkkür edib - FOTO
-
07.10 17:31
Erməni türk idmançını rinqdə boğub öldürmək istədi - VİDEO
-
07.10 16:40
"Fili tərpətmə, Teymur" şərhini yazan danışdı: "Trend olacağını bilirdim"
-
07.10 14:10
"Neftçi"nin futbolçusu milliyə dəvət olunub
-
07.10 11:31
Messi mövsümdə ilk qolunu vurub
-
-