• 9 °C Bakı
  • 3 °C Quba
  • 9 °C Gəncə
  • 8 °C Yevlax
  • 16 °C Naxçıvan

Unibank “Gamefication” vasitəsi ilə əməkdaşlarının biliyini artırır

11.02.2019 12:24
71
Unibank “Gamefication” vasitəsi ilə əməkdaşlarının biliyini artırır

Unibank əməkdaşlarının bilik səviyyəsini “Gamefication” vasitəsi ilə inkişaf etdirməyə qərar verib. Bank işçilərinin bilik səviyyəsinin inkişafı və artırılması məqsədini daşıyan bu yenilik, Bankın Təlim və İnkişaf Mərkəzi tərəfindən aparılır.


Ekspress.az banka istinadən bildirir ki, dünyada müxtəlif nüfuzlu şirkətlər tərəfindən tətbiq edilən bu yeni korporativ təlim təcrübəsi, şirkətlərin maliyyə, müştəri məmnunluğu və digər göstəricilərinə müsbət təsir edir. “Gamefication”-ın əsas üstünlüklərindən biri, Bankdaxili qayda, prosedur, tənzimləyici orqanların təlimatları, Bankın məhsul və xidmətləri üzrə məlumatlarını məhz oyun formatında öyrənmək və oyun zamanı səhvlərin aradan qaldırılması imkanının olmasıdır.


Bu format əməkdaşlar üçün adi və yorucu təlim proqramlarından daha şən və komanda ab-havasında aparılır. “Gamefication”-nın ilk formatı test rejimində Müştəri xidməti üzrə çalışan əməkdaşlarla aparılır, daha sonra isə bankın digər strukturlarına da şamil olunacaq. Gələcəkdə “Gamefication”-nın onlayn kompüter oyunları vasitəsilə də aparılması planlaşdırılır.

  • SON XƏBƏR
  • TREND