Hovuzda 16 nəfər xlor qazından zəhərləndi - 7-si azyaşlıdır

27.06.2019 11:48
163
Hovuzda 16 nəfər xlor qazından zəhərləndi - 7-si azyaşlıdır

İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində çimərlik hovuzunda 16 nəfər xlor qazından zəhərlənib.


Ekspress.az xəbər verir ki, bunu Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri və Səhiyyə, Müalicə Xidmətləri Universitetinin fövqəladə hallar üzrə mərkəzinin direktoru Baqir Bəhrami deyib.


B.Bəhraminin sözlərinə görə, zəhərlənənlərdən yeddisi azyaşlı uşaqlardır (unikal.org).

Zəhərlənənlərdən dördünün vəziyyəti ağırdır.


Ekspress.az

Açar sözlər: