Av­ro­pa İt­ti­fa­qın­da di­as­por fəa­liy­yə­ti

04.09.2018 10:53
434
Av­ro­pa İt­ti­fa­qın­da di­as­por fəa­liy­yə­ti

Azər­bay­can­lı­la­rın son 100-150 il­də məs­kun­laş­dı­ğı çoğ­ra­fi­ya­lar­dan bi­ri də ha­zır­kı Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri­dir. Müx­tə­lif ic­ti­mai və si­ya­si pro­ses­lə­rin tə­si­ri ilə son 150 il­də on min­lər­lə azər­bay­can­lı ta­ri­xi və­tən­lə­rin­dən uzaq­la­şa­raq Qər­bi Av­ro­pa­nı özü­nə yurd ye­ri se­çib­lər.


Müx­tə­lif mə­lu­mat­la­ra əsa­sən, ha­zır­da Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­rin­də 1 mil­yon­dan bir qə­dər ar­tıq say­da azər­bay­can­lı ya­şa­yır, on­lar bu öl­kə­lə­rin və­tən­daş­lı­ğı­na sa­hib­dir­lər. Ən çox azər­bay­can­lı Al­ma­ni­ya­da (350 min), Fran­sa­da (75 min) ya­şa­yır. İn­di­yə­dək Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­ri­nin ək­sə­riy­yə­tin­də soy­daş­la­rı­mız di­as­po­ra təş­ki­lat­la­rı tə­sis edə bi­lib­lər.


Al­ma­ni­ya Fe­de­ra­tiv Res­pub­li­ka­sın­da 350 min­dən ar­tıq soy­da­şı­mız məs­kun­la­şıb. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən iq­ti­sa­di po­ten­sia­lı­na, zən­gin mə­də­niy­yə­ti­nə, yük­sək hə­yat tər­zi­nə və di­gər xü­su­siy­yət­lə­ri­nə gö­rə Av­ro­pa­nın mər­kə­zi he­sab olu­nan Al­ma­ni­ya ilə Azər­bay­ca­nın mə­də­ni-iq­ti­sa­di ti­ca­ri əla­qə­lə­ri­nin ta­ri­xi uzun­dur. Əla­qə­lər XX əs­rin əv­vəl­lə­rin­də də in­ten­siv şə­kil­də da­vam edib. Al­ma­ni­ya­nın Av­ro­pa­da qüd­rət­li döv­lət ol­ma­sı azər­bay­can­lı­la­rın bu öl­kə­yə mü­ha­ci­rə­ti­nə əsas ya­ra­dır­dı. 1913-cü il­dən eti­ba­rən al­man ki­tab­xa­na­la­rın­da Azər­bay­can­dan bəhs edən mux­tə­lif səp­ki­li ki­tab­lar möv­cud idi ki, on­la­rın bə­zi­lə­ri­ni bu­ra kö­çən zi­ya­lı azər­bay­can­lı­lar apar­mış­dı.


De­mok­ra­tik Res­pub­li­ka qu­ru­lan­dan son­ra Azər­bay­can­dan Al­ma­ni­ya­ya Fray­berq, Dağ-Mə­dən Aka­de­mi­ya­sı, Mün­hen, Dert­ştad, Leyp­siq, Re­na, Ham­burq uni­ver­si­tet­lə­rin­də təh­sil al­ma­ğa 50 nə­fər tə­lə­bə gön­də­ri­lib və on­la­rın çox his­sə­si bu­ra­da dai­mi qa­la­raq ge­ri dön­mə­yib.


ADR-in sü­qu­tun­dan son­ra azər­bay­can­lı­la­rın çox­say­lı köç­dük­lə­ri öl­kə­lər içə­ri­sin­də Al­ma­ni­ya üs­tün­lük təş­kil edir­di. Bu­ra­da məs­kun­la­şan soy­daş­la­rı­mız Azər­bay­can is­tiq­la­lı­nın bər­pa olun­ma­sı is­ti­qa­mə­tin­də fə­al iş apı­rır­dı­lar.


Al­ma­ni­ya­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı və bu­ra­da ya­şa­yan azər­bay­can­lı­la­rın fəa­liy­yə­ti II Dün­ya mü­ha­ri­bə­si il­lə­rin­də də da­vam et­di. Azər­bay­can le­gio­ner­lə­ri­nin mü­əy­yən his­sə­si­ni ar­tıq Al­ma­ni­ya­da çox­dan məs­kun­la­şan soy­daş­la­rı­mız təş­kil edir­di.

Mü­ha­ri­bə­dən son­ra Al­ma­ni­ya­da iq­ti­sa­di is­la­hat­la­rın apa­rıl­ma­sı, öl­kə­nin dir­çəl­mə­si yo­lun­da gö­rü­lən iş­lər di­as­por­la­rın si­ya­si fəa­liy­yə­ti­ni bir qə­dər pas­siv­ləş­dir­di. 1980-ci il­lə­rin əv­vəl­lə­rin­dən ye­ni­dən Azər­bay­can di­as­po­ru bu­ra­da öz fəa­liy­yə­ti­ni ge­niş­lən­dir­mə­yə baş­la­dı. Al­ma­ni­ya­nın müx­tə­lif şə­hər­lə­rin­də Azər­bay­can mə­də­ni təş­ki­lat­la­rı tə­sis olun­du.


1989-cu il­də Al­ma­ni­ya­nın bir­ləş­mə­si, So­vet­lər Bir­li­yi­nin çök­mə­si və Azər­bay­ca­nın müs­tə­qil­lik əl­də et­mə­si Al­ma­ni­ya-Azər­bay­can mü­na­si­bət­lə­rin­də ye­ni mər­hə­lə­nin baş­la­ma­sı ilə nə­ti­cə­lən­di. Bu­ra­da­kı azər­bay­can­lı­la­rın fəa­liy­yə­ti­nə tə­si­ri­ni gös­tər­di. Təh­sil proq­ra­mı əsa­sın­da azər­bay­can­lı tə­lə­bə­lə­rin Al­ma­ni­ya­ya oxu­ma­ğa gön­də­ril­mə­si, azər­bay­can­lı hə­kim, mü­hən­dis, in­şa­at­çı, tex­no­loq­lar və di­gər pe­şə sa­hib­lə­ri­nin bu öl­kə­yə miq­ra­si­ya­sı müs­tə­qil­lik il­lə­ri­nin əsas ha­di­sə­lə­rin­dən idi. Azər­bay­can­lı­la­rın ha­zır­da da küt­lə­vi köç­dük­lə­ri öl­kə­lər içə­ri­sin­də Al­ma­ni­ya üs­tün­lük təş­kil edir.


Al­ma­ni­ya di­as­po­ru­mu­zun Şi­mal, Cə­nub və Tür­ki­yə qa­nad­la­rı ara­sın­da ümu­mi fi­kir ay­rı­lı­ğı­na bax­ma­ya­raq, bu üç qa­nad ara­sın­da bir­ləş­mə­yə doğ­ru ad­dım müs­tə­qil­lik il­lə­rin­dən son­ra da­ha da can­lan­dı. Er­mə­nis­tan tə­rə­fin­dən mü­ha­ri­bə­yə sövq edi­lən Azər­bay­can tor­paq­la­rı­nın 20 fai­zi­nin iş­ğa­lı, 20 Yan­var və Xo­ca­lı soy­qı­rı­mı­la­rı və xal­qı­mı­zın ba­şı­na gə­ti­ri­lən di­gər fa­ciə­lər Al­ma­ni­ya­da­kı azər­bay­can­lı­lar tə­rə­fin­dən bi­ga­nə qar­şı­lan­mır­dı. On­lar Və­tə­nə, qaç­qın­la­ra yar­dım məq­sə­di­lə bir sı­ra təd­bir­lər hə­ya­ta ke­çi­rir.

Azər­bay­can mə­də­niy­yə­ti­nin Al­ma­ni­ya­da Azər­bay­can di­as­po­ru tə­rə­fin­dən təb­liğ olun­ma­sı işi də sü­rət­lən­di. Türk, ərəb, la­tın və ki­ril əlif­ba­la­rı ilə Azər­bay­ca­nın ta­ri­xi ədə­biy­ya­tı­na, folk­lo­ru­na, mə­də­niy­yə­ti­nə aid ki­ta­bın ça­pı da­ha da art­maq­la, qə­zet və cur­nal­la­rın sa­yı nə­zə­rə çar­pa­caq də­rə­cə­də ço­xal­dı. Al­ma­ni­ya­da soy­daş­la­rı­mız Azər­bay­can­la bağ­lı çox­say­lı ki­tab­lar nəşr edir­lər.


Hə­lə­lik Av­ro­pa İt­ti­fa­qı­na üzv­lü­yü­nü da­vam et­di­rən Bö­yük Bri­ta­ni­ya ilə Azər­bay­ca­nın mü­na­si­bət­lə­ri XVIII əs­rin əv­vəl­lə­rin­dən baş­la­yıb. Azər­bay­ca­nın neft sə­na­ye­si­nə ma­raq gös­tə­rən in­gi­lis­lə­rin məş­hur və nü­fuz­lu şir­kət­lə­ri Azər­bay­can nef­ti­nə in­ves­ti­si­ya qoy­ma­ğa baş­la­dı­lar. XIX əs­rin son­la­rın­dan eti­ba­rən azər­bay­can­lı­la­rın Bö­yük Bri­ta­ni­ya­ya mü­ha­ci­rə­ti mü­şa­hi­də edi­lib. XX əs­rin onil­lik­lə­rin­də soy­daş­la­rı­mız Bri­ta­ni­ya­da öz ic­ma­la­rı­nı ya­rat­ma­ğa na­il ol­du­lar. Cə­nu­bi Azər­bay­can­dan bu öl­kə­yə küt­lə­vi mü­ha­ci­rət 50-60-cı il­lər­də baş­la­dı.


II Dün­ya mü­ha­ri­bə­sin­dən son­ra ar­tıq Bö­yük Bri­ta­ni­ya­da Azər­bay­can di­as­po­ru­nun for­ma­laş­ma­sı pro­se­si baş­lan­dı. 1991-ci il­də Azər­bay­can Döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra Bri­ta­ni­ya azər­bay­can­lı­la­rı xey­li fə­al­la­şıb­lar. Son mə­lu­mat­la­ra gö­rə, Bö­yük Bri­ta­ni­ya­da 20 mi­nə ya­xın azər­bay­can­lı ya­şa­yır. Jur­na­list təd­qi­qat­çı Fa­zil Rəh­man­za­də­nin araş­dır­ma­la­rı­na gö­rə, Bri­ta­ni­ya­da Cə­nu­bi və Şi­ma­li Azər­bay­can­dan, Tür­ki­yə­dən bu­ra kö­çən mü­ha­cir­lər­lə ya­na­şı, Gür­cüs­tan­dan, 1988-ci il de­por­ta­si­ya­sı nə­ti­cə­sin­də Er­mə­nis­tan­dan, Or­ta Asi­ya­dan və Ru­si­ya­dan kö­çən azər­bay­can­lı­la­ra da rast gəl­mək olar.


Bri­ta­ni­ya­da azər­bay­can­lı­lar di­gər türk­dil­li xalq­lar­la sıx əmək­daş­lıq edir­lər. 1990-cı il­də Lon­don­da tə­sis olu­nan Dün­ya Türk­lə­ri Ko­mi­tə­sin­də təm­sil olu­nan azər­bay­can­lı­lar bir sı­ra təd­bir və gö­rüş­lər­də türk dil­li di­as­po­run nü­ma­yən­də­lə­ri­nin iş­ti­ra­kı­nı tə­min edir­lər. Ha­zır­da türk dil­li di­as­por­lar­la bir­gə fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­po­ru bu­ra­da mü­tə­şək­kil qrup­lar­dan he­sab olu­nur.


Azər­bay­can Bö­yük Bri­ta­ni­ya ara­sın­da olan tə­rəf­daş­lıq mü­na­si­bət­lə­ri bu­ra­da ya­şa­yan soy­daş­la­rı­mı­zın fəa­liy­yə­ti­nə müs­bət tə­sir gös­tə­rir. Lon­don, Man­çestr, Edin­burq, Dub­lin və di­gər iri şə­hər­lər­lə ya­na­şı, ki­çik şə­hər­lər­də də çox­say­lı azər­bay­can­lı­lar məs­kun­la­şıb­lar. Soy­daş­la­rı­mız elm və iq­ti­sa­di sa­hə­də xey­li uğur­lar əl­də edib­lər. Bö­yük Bri­ta­ni­ya­nın ali və or­ta mək­təb­lə­rin­də, iri şir­kət­lə­rin­də yüz­lər­lə azər­bay­can­lı ça­lı­şır. Si­ya­si cə­hət­dən fə­al olan həm­və­tən­lə­ri­miz Azər­bay­ca­nı bu­ra­da təm­sil et­mə­yə ça­lı­şır, küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə əla­qə­lər qur­ma­ğa səy gös­tə­rir­lər.


Bri­ta­ni­ya azər­bay­can­lı­la­rı­nın ək­sə­riy­yə­ti cə­nu­bi azər­bay­can­lı­lar­dan iba­rət­dir. Cə­nub­lu­lar bu­ra­da ki­fa­yət qə­dər mad­di və in­tel­lek­tu­al im­kan­lar əl­də edib­lər. Soy­daş­la­rı­mız Bö­yük Bri­ta­ni­ya­nın iq­ti­sa­diy­ya­tı­nın və el­mi­nin in­ki­şa­fın da mü­əy­yən rol oy­na­yıb­lar. Əsa­sən iq­ti­sa­di və tex­ni­ki mü­tə­xəs­sis­lər ki­mi döv­lət və iri şir­kət­lə­rə işə də­vət olu­nan azər­bay­can­lı­lar ic­ti­mai hə­yat­da da fə­al iş­ti­rak et­mə­yə ça­lı­şır­lar. Soy­daş­la­rı­mız in­for­ma­si­ya sa­hə­sin­də də bir sı­ra uğur­lar əl­də edib­lər. Bri­ta­ni­ya­nın ta­nın­mış TV ka­nal­la­rı və qə­zet­lə­rin­də Azər­bay­can­la əla­qə­li bir sı­ra mə­qa­lə­lər və cı­xış­lar olub və bu pro­ses ha­zır­da da da­vam et­mək­də­dir. "Ti­mes", "He­rald Tri­bun of Eu­ro­pa" və di­gər ta­nın­mış qə­zet­lər­lə ya­na­şı, "BBC" və di­gər TV ka­nal­la­rı Azər­bay­ca­na bö­yük diq­qət ve­rir­lər.


Fran­sa­ya azər­bay­can­lı­la­rın mü­ha­ci­rə­ti XIX əs­rin so­nu - XX əs­rin əv­vəl­lə­rin­dən baş­la­yıb. XIX əs­rin son­la­rın­dan baş­la­ya­raq, Fran­sa­nın Av­ro­pa­da­kı möv­qe­yi­nin güc­lən­mə­si azər­bay­can­lı­la­rın bu öl­kə­yə mü­ha­ci­rə­ti­ni sü­rət­lən­dir­di. Azər­bay­ca­nın im­kan­lı və zi­ya­lı tə­bə­qə­si­nin Fran­sa­da ma­lik ol­duq­la­rı iş yer­lə­ri, mülk­lər on­la­rın ai­lə­lə­ri və qo­hum-əq­rə­ba­la­rı­nın bu­ra­ya köç­mə­si­nə şə­ra­it ya­ra­dır­dı. Ha­cı Zey­na­lab­din Ta­ğı­yev, Mu­sa Na­ğı­yev, Şəm­si Əsə­dul­la­yev ki­mi mil­yon­çu­la­rın Fran­sa­nın iş adam­la­rı ilə bir­gə biz­nes­lə­ri­nin ol­ma­sı Fran­sa-Azər­bay­can əla­qə­lə­ri­nin in­ki­şaf et­mək­də ol­du­ğu­nu gös­tə­rir­di.


Azər­bay­can De­mok­ra­tik Res­pub­li­ka­sı­nın sü­qu­tun­dan son­ra azər­bay­can­lı­la­rın küt­lə­vi köç­dük­lə­ri öl­kə­lər içə­ri­sin­də Fran­sa on yer­lər­dən bi­ri­ni tu­tur­du. Əli­mər­dan bəy Top­cu­ba­şov, Əli bəy Hü­seyn­za­də, Cey­hun bəy Ha­cı­bəy­li, Um­bul­ba­nin ki­mi ta­nın­mış azər­bay­can­lı­lar Fran­sa­da məs­kun­la­şıb­lar.


1991-ci il­də döv­lət müs­tə­qil­li­yi­miz elan edi­lən­dən son­ra Fran­sa-Azər­bay­can iki­tə­rəf­li əla­qə­lə­ri­nin qu­rul­ma­sı Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti­nə də tə­si­ri­ni gos­tər­di. Dağ­lıq Qa­ra­bağ ət­ra­fın­da baş ve­rən pro­ses­lər­də Er­mə­nis­ta­nı hi­ma­yə edən Fran­sa­nın bu ad­dı­mı soy­daş­la­rı­mız tə­rə­fin­dən qə­zəb­lə qar­şı­lan­dı. Bu­nun nə­ti­cə­si ola­raq, Fran­sa­da bir-bi­ri­nin ar­dın­ca "Qa­ra­bağ ta­ri­xi və in­di­ki dövr", "Qa­ra­bağ" (mə­qa­lə­lər top­lu­su), "Dağ­lıq Qa­ra­bağ", "Dağ­lıq Qa­ra­ba­ğın ta­ri­xi və ona aid sə­nəd­lər" ki­tab­la­rı nəşr olun­du.


Soy­daş­la­rı­mı­zın sıx məs­kun­laş­dı­ğı it­ti­faq öl­kə­lə­rin­dən bi­ri də İs­veç­dir. Bu­ra­da ya­şa­yan soy­daş­la­rı­mı­zın təq­ri­bi sa­yı 30 mi­nə ça­tır. Azər­bay­can­dan İs­ve­çə mü­ha­ci­rət XIX əs­rin so­nu - XX əs­rin əv­vəl­lə­rin­dən baş­la­yıb. Əsa­sən Cə­nu­bi Azər­bay­can­dan bu öl­kə­yə kö­çən azər­bay­can­lı­lar ar­tıq XX əs­rin or­ta­la­rın da bu­ra­da ic­ma­la­rı­nı ya­ra­da bi­lib­lər. Ha­zır­da çox­say­lı me­dia or­qan­la­rı və təş­ki­lat­la­rı­nın fəa­liy­yət gös­tər­di­yi İs­veç­də soy­daş­la­rı­mız fə­al təb­li­ğat işi apa­ra bi­lir. İs­veç­də Azər­bay­can­la bağ­lı bir çox ta­ri­xi sə­nəd­lə­rə və mə­lu­mat­la­ra rast gəl­mək olar. Xü­su­si­lə, Up­sa­la Uni­ver­si­te­tin­də Azər­bay­can ədə­biy­ya­tı, folk­lo­ru və ta­ri­xi­nə aid on­lar­la sə­nəd və ma­te­ri­al var. Azər­bay­can­lı­lar İs­ve­çin bir cox şə­hər­lə­rin də məs­kun­la­şıb­lar. İs­ve­çin "Dag lus Nyhyer" ("Gü­də­lik xə­bər­lər") qə­ze­tin­də ve­ri­lən mə­lu­ma­ta go­rə, tək­cə 2002-2003-cu il­lər də İs­veç və­tən­daş­lı­ğı­na 1000-dən cox azər­bay­can­lı da­xil olub. İs­veç­də cə­nu­bi azər­bay­can­lı­lar çox­luq təş­kil edir. On­la­rın ək­sə­riy­yə­ti 20 il­dən çox­dur İs­veç­də ya­şa­yır və bu öl­kə­nin cə­miy­yə­ti­nə ar­tıq uy­ğun­la­şıb. Azər­bay­can Res­pub­li­ka­sın­dan olan miq­rant­lar, əsa­sən, son il­lər ər­zin­də İs­ve­çə mü­ha­ci­rət edib­lər. Azər­bay­ca­nın dəs­tə­yi­nə eh­ti­yac­la­rı­nı giz­lət­mə­yən İs­veç azər­bay­can­lı­la­rı in­for­ma­si­ya sa­hə­sin­də bir qə­dər fə­al­dır­lar. "Tri­bun", "Var­lıq", "Azər­bay­can", "Araz" və sai­rə qə­zet və jur­nal­lar nəşr edir­lər. İs­veç Par­la­men­tin­də "Azər­bay­can dost­la­rı" qru­pu möv­cud­dur.


İt­ti­fa­qın şərq öl­kə­lə­rin­dən olan Pol­şa­ya XX əs­rin əv­vəl­lə­rin­dən ilk azər­bay­can­lı mü­ha­cir­lər köç­mə­yə baş­la­yır­lar ki, on­la­rın ək­sər his­sə­si­ni cə­nub­lu soy­daş­la­rı­mız təş­kil edir­di. La­kin II Dün­ya mü­ha­ri­bə­si il­lə­ri­nin baş­la­ma­sı şi­mal­lı­la­rın sa­yı­nın ço­xal­ma­sı­na şə­ra­it ya­rat­dı. Tə­əs­süf ki, Pol­şa­da ya­şa­yan azər­bay­can­lı­la­rın bir his­sə­si­nin mil­liy­yə­ti­nin rus, türk və iran­lı gös­tə­ril­mə­si bu­ra­da ya­şa­yan azər­bay­can­lı­la­rın təq­ri­bi sa­yı­nı mü­əy­yən et­mə­yə ma­neə tö­rə­dir. 


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND