Parisdə 45 milyon avroluq almaz oğurlanıb

23.05.2019 23:35
156
Parisdə 45 milyon avroluq almaz oğurlanıb

Keçmiş prezidentliyə namizəd Quinea Maria- Madlen Diubate qiymətli almazı dəyərləndirmək üçün Parisdə qaldığı otellərin birində ləl-cəvahirət mütəxəsisləri ilə görüşmək istəyib. 


Lenta.ru xəbər verir ki, bir qadının dəvətilə siyasətçinin qaldığı otelə gələn “zərgər”lər almazın 45 milyon avro dəyərində olduğunu bildiriblər.


Özlərini rus zərgəri kimi qələmə verən iki “mütəxəssis” qiymətli daşı bir göz qırpımında saxtası ilə dəyişdirməyə macal tapıblar.


Diubate almazın dəyişdirilməsini biləndə artıq gec idi, cinayətkarlar mehmanxananı çoxdan tərk etmişdi.


Şəhər polisi tərəfindən cinayətkar qrupun həyata keçirdiyi oğurluq hadisəsilə bağlı araşdırma aparılır (ONA). Axtarılan şəxslərin şəxsiyyəti və vətəndaşlığı barədə hələ ki, heç bir məlumat yoxdur.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND