Bir zamanların məşhur müğənnisi bazarda paltar satır

24.04.2019 18:07
219
Bir zamanların məşhur müğənnisi bazarda paltar satır

Bir zamanların məşhur müğənnisi hazırda bazarda paltar satmaqla məşğuldur.


Ekspress.az xəbər verir ki, 90-cı illərə damğasını vuran Bora Gencer İstanbulun Şişli bölgəsindəki bazarlardan birində istifadə etmədiyi geyimlərini şatışa çıxaran ifaçı bunu övladına həyatın o qədər də asan olmadığını göstərmək üçün etdiyini deyib:


"Bu bazarı qardaşım və qızı açıb. Mən də ona dəstək olmaq üçün oğlumla birgə oraya getdim. İki ayaqqabımı 20 TL-yə satdım və oğluma bəzi şeylər aldım. İstədim görsün ki, puı qazanmaq elə də asan deyil" (news24.az).


Ekspress.az