Aygün Röyayla qonşu oldu


04.10.2019 12:33
55
Aygün Röyayla qonşu oldu

Xalq artisti Aygün Kazımova özünə paytaxtın mərkəzi ərazisindən yeni ev alıb.


Ekspress.az xəbər verir ki, sənətçi bir müddətdir ki, orada yaşayır.


Maraqlı məqam isə orasındadır ki, onunla küsülü olan Əməkdar artist Röya Ayxan bir neçə ildir ki, həmin binada məskunlaşıb.


Üç ildən çoxdur burada yaşayan sənətçi əvvəllər binanın girişində Aygün Kazımovanın reklam posteri ilə qarşılardısa, artıq zaman-zaman özünü görmək məcburiyyətində qalır.


Bildirilir ki, göydələnin parkinq bölməsində zaman-zaman üz-üzə gələn sənətçilər bir-birini görməzlikdən gəlirlər.


Qeyd edək ki, Aygün Kazımovanın Nəsimi rayonunda, Röya Ayxanın isə Bilgəh qəsəbəsində və İstanbulda evi var. A.Kazımovanın bina evi yaşamağa əlverişli olsa da, R.Ayxanın Bilgəhdəki dördmərtəbəli evininin tikintisi başa çatmayıb.


Onu da bildirək ki, sənətçilər arasındakı qalmaqalın tarixi 15 ilə dayanır. Onlar bir neçə dəfə barışsa da, bu, uzunmüddətli olmayıb. (axşam)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND