Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir - XİN


13.05.2019 18:05
176
Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir - XİN

"Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də, təkmilləşdirilməlidir".


Ekspress.az xəbər verir ki, XİN-dən verilən məlumata görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı Xarici İşlər nazirlərinin Brüssel görüşündə çıxışı zamanı deyib.


O bildirib ki, Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır:


“Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Bizə bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qorunmasından asılıdır (ONA)”.


Nazir bildirib ki, Aİ də daxil olmaqla bu proqramda iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir: “Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir. Sonda qeyd etmək istərdim ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu da öz növbəsində zorla etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək”.


Ekspress.az

Açar sözlər: